Modern.az

Nazirlər Kabineti: “Baş nazir öz işinin başındadır”

Nazirlər Kabineti: “Baş nazir öz işinin başındadır”

25 İyul 2012, 10:55

Bəzi mətbuat orqanlarında Azərbaycanın Baş naziri Artur Rasizadənin səhhətindəki problemlərə görə, xaricdə müalicə olunduğu barədə müxtəlif məlumatlar yayılıb. Modern.az saytı da həmin məlumatlara aydınlıq gətirmək üçün dünən bu istiqamətdə araşdırma apararaq Nazirlər Kabinetinin sədrinin doğrudan da məzuniyyətə çıxdığını öyrənib.
Qeyd edək ki, Baş nazir iyulun ortalarında məzuniyyətdə olarkən Nazirlər Kabinetinin qəbul etdiyi bütün qərarlara həmişəki kimi Baş nazirinin birinci müavini Yaqub Eyyubov imza atıb.

Dünən məlumatı hazırlayan əməkdaşımız Nazirlər Kabinetinin mətbuat xidmətindən məsələyə münasibət öyrənə bilməmişdi. Bu səbəbdən də Baş nazirin hansı tarixlərdə məzuniyyətdə olduğu yazıda dəqiqliklə göstərilməmişdi.

Nəhayət Modern.az saytı bü gün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb mətbuatda Baş nazir haqqında yazılanlara münasibət öyrənib.

Akif Əli bildirib ki, mətbuatın Artur Rasizadənin səhhətilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və Baş nazirin xaricdə müalicə olunması yalandır:

”Baş nazir hazırda öz işinin başındadır, Nazirlər Kabinetinin fəaliyyətinə rəhbərlik edir”.

Nazirlər Kabinetinin rəsmisi Baş nazirin doğrudan da iyul ayında məzuniyyətə çıxdığını təsdiqləyib: “Bəli, Artur müəllim iyulun 9-16-sı aralığında məzuniyyətdə olub. O da insandır, dincəlməyə ehtiyacı var. Qanunla Baş nazirin 36 günlük məzuniyyət haqqı var. Amma o, işin gərginliyini nəzərə alaraq, öz məzuniyyət müddətinin bir həftəsini istirahətdə olub. Həmin müddətdə də prosedura uyğun olaraq ölkəyə gələn qonaqları Baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb, eyni zamanda Nazirlər Kabinetinin bu tarixlərdə verdiyi qərarlara imza atıb. Amma bir həftəlik məzuniyyətdən sonra Baş nazirin özü hazırda iş başındadır və səhhəti də qaydasındadır. Ona görə də mətbuatda bu məsələnin böyüdülməsinin heç bir əsası yoxdur”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI