Modern.az

Bakıdakı çadır şəhərciyində son vəziyyət - FOTOLAR

Bakıdakı çadır şəhərciyində son vəziyyət - FOTOLAR

4 Avqust 2012, 15:00
Modern.az saytının əmakdaşları yataqxanada baş verən yanğından zərərçəkən ailələr üçün salınan çadır şəhərciyində olublar. Burada məskunlaşanlar Ağdam və Füzulidən olan məcburi köçkünlərdir. Zərərçəkən ailələr üçün yataqxananın yaxınlığında yerləşən keçmiş Trolleybus parkında 37 çadır qurulub.  Üç gündür çadırda məskunlaşan məcburi köçkünlərin vəziyyəti ilə tanış olduq. Bir neçə ailə söhbət zamanı bildirdilər ki, onlar üçün yaradılan şəraitdən razıdırlar. Onu da qeyd etdilər ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli şəxsləri mütəmadi olaraq onlara baş çəkir və vəziyyətləri ilə maraqlanırlar.
Məcburi köçkünlər havanın isti keçməsindən, belə şəraitdə çadırlarda yaşamağın çətin  olmasından şikayətləndilər.
Burada hər bir ailə üzvü gündə üç dəfə qida ilə təmin olunur. Ailələr üçün gigiyena baxımından da tədbirlər görülür. Bunun üçün çadır şəhərciyinin yaxınlığında hamam tikintisinə başlanılıb və işlər sona çatmaq üzrədir. Şəhərcikdə tibbi xidmətə ehtiyacı olanlara səyyar tibb məntəqəsində kömək göstərilir. Ailələr onlara çatacaq kompensasiyanı dünəndən etibarən alıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi