Modern.az

İdman federasiyalarına hansı məmurlar rəhbərlik edir? - SİYAHI

İdman federasiyalarına hansı məmurlar rəhbərlik edir? - SİYAHI

11 Avqust 2012, 13:20

Azərbaycan idmançılarının London Olimpiadasında çıxışı ölkəmizdə federasiyalara rəhbərlik edən şəxslərin də gündəmə gəlməsinə səbəb olub. İdmançıların çıxışından narazılıq ifadə edənlər bu məsələdə federasiyaların prezidentlərinin də məsuliyyət daşıdıqlarını deyirlər. Halbuki, heç kimə sirr deyil ki, federasiya prezidentləri idmançılara bütün lazımi şəraiti yaradırlar. Di gəl ki, hər cür şəraitlə təmin olunan idmançılar  yarış meydanında özlərini göstərə bilmirlər. Azərbaycanda idman federasiyalarına kimlərin rəhbərlik etməsi bir çoxlarına məlum olsa da, bu haqda bilgisi olmayanlar da var. Söhbət əsas idman federasiyalarından gedir. Modern.az saytı hansı federasiyaya kimin rəhbərlik etdiyini diqqətinizə çatdırır.

1. Avarçəkmə Federasiyası – prezident Elçin Zeynalov (iş adamı)

2. Ağır Atletika Federasiyası – prezidenti Cahangir Əsgərov (AZAL-ın rəhbəri)

3. Atçılıq Federasiyası - prezidenti Elçin Quliyev (Dövlət Sərhəd Xidmətinin rəisi)

4. Atıcılıq Federasiyası - prezidenti Vaqif Axundov (Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi)

5. Yüngül Atletika Federasiyası - prezidenti Çingiz Hüseynzadə (Milli Olimpiya Komitəsinin vitse-prezidenti)

6. Badminton Federasiyası – Kamal Abdulla (Bakı Slavyan Universitetinin rektoru)

7. Basketbol Federasiyası – prezidenti Nadir Nəsibov (Dövlət Əmlak Komitəsinin sabiq sədri)

8. Boks Federasiyası – prezidenti Kamaləddin Heydərov  (fövqəladə hallar naziri)

9. Cüdo Federasiyası – prezidenti Füzuli Ələkbərov (əmək və əhalinin sosial müdafiəsi naziri)

10. Gimnastika Federasiyası – prezidenti Mehriban Əliyeva (Azərbaycanın birinci xanımı, millət vəkili)

11. Güləş Federasiyası – prezidenti Fazil Məmmədov (vergilər naziri)

12. Həndbol Federasiyası - prezidenti Heydər Babayev (keçmiş iqtisadi inkişaf naziri)

13. Kamandan Oxatma Federasiyası – prezidenti Şahin Mövsümov (iş adamı)

14. Otüstü Xokkey Federasiyası – prezidenti Fazil Məmmədov (vergilər naziri)

15. Qılıncoynatma Federasiyası – prezidenti Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədi)

16. Qış İdman Növləri Federasiyası – prezidenti İsgəndər Xəlilov (iş adamı)

17. Stolüstü Tennis Federasiyası – İsmət Abbasov (kənd təsərrüfatı naziri)

18. Taekvando Federasiyası – prezidenti Kəmaləddin Heydərov (fövqəladə hallar naziri)

19. Tennis Federasiyası – prezidenti Oqtay Əsədov (Milli Məclisin sədri)

20. Üzgüçülük Federasiyası – prezidenti Xanlar Fətiyev (Milli Məclisin deputatı)

21. Velosiped Federasiyası – Fazil Məmmədov (vergilər naziri)

22. Voleybol Federasiyası – prezidenti Ziya Məmmədov (nəqliyyat naziri)

23. Yelkən idmanı Federasiyası – Aydın Bəşirov (Xəzər Dəniz Gəmiçiliyinin rəisi)

24. Futbol Federasiyası – prezidenti Rövnəq Abdullayev (ARDNŞ-nin prezidenti)

25. Şahmat Federasiyası – prezidenti Elman Rüstəmov (Mərkəzi Bankın sədri)

26. Ekstremal İdman Növləri Federasiyası – prezidenti Hüseynqulu Bağırov (ekologiya və təbii sərvətlər naziri)

Moden.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI