Modern.az

Hansı prezidentin boyu daha ucadır? - FOTO

Hansı prezidentin boyu daha ucadır? - FOTO

Reportaj

30 Avqust 2012, 16:32

İnsanın boyu ilə onun xarakteri arasında əlaqə olması barədə nəzəriyyələr, deyəsən, siyasətçilər üçün o qədər də keçərli deyil. Təxminən eyni boya sahib olan siyasətçilər arasında despotlar da var, demokratlar da.

Məsələn, Uinston Çörchillə (168 sm) Vladimir Putinin (170 sm) boyu təxminən eyni idi. Boris Yeltsinlə (188 sm) Fidel Castronun (190 sm) da boyu təxminən bərabər idi. Amma onların boyları arasında belə yaxınlıq qurduqları siyasi sistemlərə qətiyyən aid oluna bilməz.

Prezidentlərin boyları haqqında məlumatın əldə olunması nə qədər açıq olmasının özü də onların rəhbərlik etdikləri rejimlərin xarakterindən xəbər verir.

Keçmiş sovet ölkələri liderlərinin boy sırası 

”Azadlıq” radiosunun Belarus xidmətinin əməkdaşları müxtəlif keçmiş sovet respublikaları ölkələrinin liderlərinin boyları haqqında məlumatları toplayıb.

Həmkarlarımız yazırlar ki, Moldova prezidenti Nikolae Timoftinin mətbuat xidmətinə zəng edib onun boyunu soruşanda, dərhal cavab veriblər – 176 sm. Amma Ermənistan, Tacikistan, Özbəkistan prezidentlərinin boyları haqqında məlumatı onların mətbuat xidmətlərindən öyrənmək müşkülə çevrilib.

Ona görə də, jurnalistlər baş-başa yığışaraq özlərinin subyektiv rəyləri əsasında liderlərin boylarını qiymətləndiriblər. Məsələn, Serj Sərksyan elə təxminən Dmitri Medvedevlə eyni olar. İslam Kərimovun boyu Nursultan Nazarbayevinki ilə eyni olar kimi mülahizələrlə keçmiş sovet məkanı liderlərinin boylarını müəyyən etməyə çalışıblar.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI