Modern.az

Əfqanıstanın belə günləri də vardı - FOTOLAR

Əfqanıstanın belə günləri də vardı - FOTOLAR

Reportaj

16 Avqust 2021, 11:59

Bu gün Əfqanıstanda baş verənlər dünya mətbuatının əsas müzakirə mövzusudur. Bazar günü Taliban hərəkatı yaraqlıları Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstanın prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. O, qan tökülməsinə yol verməmək üçün ölkəni tərk etdiyini bildirib.

Taliban silahlı qruplaşması ölkədə hakimiyyəti ələ keçirəndən sonra Əfqanıstan İslam Əmirliyi dövləti qurulduğunu bəyan edib.

Dünya əhalisi Əfqanıstan sakinlərinə acıyır, onları ən miskin və əlacsız insanlar hesab edirlər...

Ekspertlər deyirlər ki, Əfqanıstanda baş verən son hadisələr bir sıra müsəlman ölkələrindəki ictimai-siyasi duruma da təsirsiz ötüşməyəcək. Onları indi ən çox ən çox cavabı axtarılan bu sual düşündürür: "Çağdaş dünyadan 100 il geridə olan Əfqanıstanı Taliban daha neçə il geriyə aparacaq?"...

Əfqanıstanda ölkədən qaçmağa çalışanlar axın-axın Kabil hava limanına gəlirlər. Məlumatlara görə, Taliban rejimi ölkəni və paytaxtı tərk etmək istəyənlərə icazə verib.

Bölgədən gələn bəzi xəbərlərə görə, Taliban qruplaşmasının silahlıları evlərə girib, 11-12 yaşlı qız uşaqlarını qənimət olaraq özləri ilə aparırlar. Anaların fəryadları uşaqların fəryadına qarışıb…

ABŞ-da yaşayan əfqan əsilli məşhur yazıçı Xalid Hüseyni Taliban hərəkatının Əfqanıstanın bütün ərazisində vəziyyətə tam nəzarəti ələ keçirməsinə münasibət bildirib. X.Hüseyni bu barədə rəsmi Tvitter hesabında yazıb.
“Əfqanıstan xalqı buna layiq deyil”, - deyə yazıçı vurğulayıb.

Xalid Hüseyni dünyanın ən çox oxunan kitabların müəlliflərindən biridir. Onun “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi”, "Dəniz duası" kimi kitabları dünyada kütləvi tirajlarla satılıb.

Məhz Hüseyninin əsərləri Əfqanıstanda qadın və uşaq hüquqlarının vəziyyətindən, terrorla bağlı yaranmış çətinliklərdən, problemlərdən dünyanı agah edib.

Yazıçı həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən “Xalid Hüseyni” qeyri-kommersiya fondunun təsisçisidir.

Bir sözlə, bu gün Əfqanıstan çalxalanır, dinc insanlar ölkəni şəriət qayda-qanunları ilə idarə edəcək Talibandan qorxurlar…

Amma Əfqanıstanın nisbətən əmin-aman günləri də olub… 1960-70-ci illərdə olduğu kimi… Onda qızlar da oğlanlar kimi, məktəbə gedir, məktəbli forması geyinir, universitetlərdə təhsil alırdılar. Geyimlər də indikindən fərqli idi... Qadınlar böyük şəhərlərdə nadir hallarda hicab taxırdılar.

Uşaqların üzü gülür, böyüklər sabaha inamla baxırdılar...

Modern.az saytının aşağıda təqdim etdiyi şəkilləri 1967-ci ildə ailəsi - həyat yoldaşı və iki qızı ilə Əfqanıstanda yaşayıb-işləyən ABŞ-ın Arizona ştatından gəlmiş Universitet professoru Bill Podliç çəkib. 1960-cı illər Əfqanıstanını bizə tanıdan heyrətamiz fotoşəkillər hazırda müharibə vəziyyətində olan bir dövlətin indiki görüntülərindən o qədər fərqlidir ki, sanki iki ayrı ölkə təsvir olunub...

Bu fotoşəkillərdə Əfqanıstan qarşımızda tezliklə Taliban rejimi tərəfindən məhv ediləcək sakit və dinc bir ölkə kimi görünür.


Əfqanıstanda yaşayan amerikalı professorun qızları...


Əfqanıstanlı şagirdlər məktəbdən evə gedirlər... Onlar qarşıdakı illərdə baş verəcək dəhşətli hadisələri ağıllarına belə gətirmirlər...


Əhali xoşbəxtdir, nə müharibə var, nə də ölüm...


Kişilər kölgədə dincəlirlər. Uzaqda uzun əsrlər boyu dulusçuluq sənətinin mərkəzi olan yaşayış məskəni görünür.


Paytaxt Kabil şəhəri... İki bacı...


Amerikalı qadın alış-verişə çıxıb...


Kabil şəhərindəki beynəlxalq təhsil ocağı...


Piknikdə olan kişilər çay içir, musiqi dinləyirlər.


Adamlar Kabildən keçən çayda çimirlər...


Azyaşlı əfqan şagirdlər... Onlar rəqs edir, xoşbəxt görünürlər...


Əfqanıstanlı müəllim...


Paytaxtdakı beynəlxalq məktəbin qarşısı...


Kabildə Pedaqoji Kollec... Qadınlarla kişilər eyni cür təhsil alırlar...


Stüardessalar...


Sabaha inamla baxan əfqan gənclər...


Kabildən Peşəvərə gedən avtobus...


15-20 il sonra nələr olacağından xəbərsiz əfqanlar...


Əfqan qızlardan ibarət idman komandası...


Paytaxt Kabilin sakit həyatı... Otel...


Əfqanıstanlı qadınların işgüzar müzakirəsi...


Şəhərdə gəzinti...


Şirniyyat satan oğlan...


Əfqanıstan xaricilər üçün onda hələ qorxulu ölkə deyildi...

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir