Nümayəndə heyəti ilk olaraq hərbi hissənin qərargahına, daha sonra isə döyüş poliqonuna baş çəkib. Burada Azərbaycan Ordusunun əsgərləri bir neçə silahdan praktik atış nümayiş etdiriblər. Daha sonra nümayəndə heyəti Şıxarx və Qapanlı kəndlərindəki düşmənə yaxın mövqelərə baş çəkərək, əsgərlərin xidmət şəraiti ilə tanış olublar.
Ordu birləşməsinin komandiri, general-mayor Nizam Osmanov və Müdafiə Nazirliyinin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov nümayəndə heyətinə ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat veriblər. Millət vəkilləri ön xətdəki müasir müşahidə aparatları vasitəsilə ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarını və düşmən mövqelərində olan hərəkəti müşahidə ediblər.
Modern.az saytı millət vəkillərinin ön cəbhəyə səfərindən fotoları təqdim edir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|