Modern.az

Suriyada son vəziyyət - ŞOK FOTOLAR

Suriyada son vəziyyət - ŞOK FOTOLAR

Reportaj

5 Noyabr 2012, 11:44
Suriyada vətəndaş müharibəsi qızışır, qardaş qırğını davam edir. Modern.az bildirir ki, noyabrın ilk günlərindən etibarən müxalifət qüvvələri Bəşər Əsəd ordusuna qarşı irimiqyaslı əməlliyyatlar həyata keçirərək, əsir götürülmüş əsgərləri belə, güllələyiblər. Lentə alınaraq sosial şəbəkələrdə və televiziyalarda yayımlanan güllələnmə səhnəsi anarxiyaya səbəb olan qüvvələri belə,  hiddətləndirib. Nəticədə bu akt ölkədə vəziyyəti gərginləşdirib, Bəşər Əsəd ordusu ilə sadə vətəndaşları üz-üzə qoyub.
Bu arada Suriya müxalifətinin daxili və xarici qaynaqları arasındakı anlaşılmazlıq müxalifətdaxili parçalanmaya səbəb olub. Müxalif qüvvələrə qarşı hətta ABŞ və BMT-dən belə, sərt icmarıc gəlib. Belə ki, BMT-nin İnsan Haqqları üzrə ali komissarlığı Suriyada üsyançıların törətdiyi güman edilən kütləvi qətliam barədə açıqlamasında bunu hərbi cinayət sayaraq bildirib: “Bu aktı diqqətli şəkildə araşdırmalıyıq və araşdıracağıq. Hesab edirik ki, əsgərlər çəkiliş vaxtı artıq silahlı müqavimət göstərməyib, ona görə, böyük ehtimalla burada hərbi cinayət baş verib”.
Beynəlxalq ictimaiyyət isə Suriyadakı vəziyyətə hər bir kəsin “dayan!” deməsinin vaxtı gəldiyini car çəkir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Elçin AĞAYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi