Modern.az

Funikulyordan FOTOREPORTAJ

Funikulyordan FOTOREPORTAJ

Reportaj

13 Yanvar 2022, 12:02

Dünyanın qorxunc yuxusuna çevirilən koronavirus pandemiyası iqtisadi, sosial, siyasi sferanın bütün sahələrinə öz təsirini göstərib.

 

Uzun müddət qapanma şəraitində iri ticarət mərkəzləri, restoranlar, muzeylər, hətta parklar belə, vətəndaşların üzünə bağlanmışdı.

 

Bakı sakinlərinin böyük maraq göstərdiyi funikulyor da bunlardan biri idi. Uzun zaman fəaliyyət göstərməyən funikulyor karantin rejiminin yumşaldılmasından sonra - ötən ilin ikinci yarısından öz fəaliyyətini bərpa edib və əhalinin istifadəsinə verilib. 

 

Maraqlıdır, xeyli vaxtdır fəaliyyət göstərməyən Bakı Funikulyorunun son durumu necədir? Gün ərzində neçə sərnişin qəbul edir? Funikulyora maraq əvvəlki kimidirmi?

 

Modern.az saytının əməkdaşı bu suallara cavab tapmaq üçün Bakı Funikulyoruna yollanıb.

 

Bakı Funikulyorunun rəisi Tofiq İsmayılov Modern.az-a açıqlamasında deyib ki, gün ərzində təxminən 100 nəfər funikulyordan istifadə edir:

 

 

“Düzdür, pandemiyadan əvvəlki maraq hazırda yoxdur. Amma bayram günlərində, həftə sonlarında insanlar çox olur. Ən əsas turistlərə maraqlı gəlir.

 

Bundan əlavə, insanların gəlişi mövsümlə bağlıdır. Yəni, qışda çox da istifadə olunmur. Amma yay aylarında və ya hava istiləşməyə doğru gedəndə artıq insanların sayı da çoxalır”.

 

 

Qeyd edək ki, Bakı Funikulyorunun bir tərəfli gediş haqqı 1 manat təşkil edir.

 

Xatırladaq ki, Bakı Funikulyoru 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxa gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlararası interval 10 dəqiqədir. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malikdir.

 

Funikulyordan fotolar:

 

Xatırladaq ki, Bakı Funikulyoru 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxa gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvan qarışdı: Xocalı qatili ölkədən qaçdı