Modern.az

Həkim-seksopatoloq gənclərin toy gecəsi problemi haqda nələri danışdı? - MARAQLI

Həkim-seksopatoloq gənclərin toy gecəsi problemi haqda nələri danışdı? - MARAQLI

9 Yanvar 2013, 09:35

“Toy gecəsi uğursuzluğu son vaxtların ən ciddi problemlərindən biridir”. Bunu Modern.az-a açıqlamasında androloq-seksopatoloq Həsən Səmədov deyib. Həkim bildirib ki, regionlardan bu problemlərlə bağlı müraciət edənlər şəhərə nisbətən daha çoxdur.
“Şəhərdə texnologiyanın inkişafı ilə əlaqədar gənclərin 90%-i hər şeydən məlumatlıdır. Onların yanlışı da müəyyən qədər onlara kömək edir. Amma əksər rayonlarda, birdə ucqar kəndlərdə 15-30 yaş arası oğlanların kompüteri, informasiya vasitələri, televizoru, peyk antenası yoxdur. Müəyyən qədər də olsa, məlumatsızdılar. Təsadüfən dostundan, yaxın adamından, tanışından toy gecəsi haqqında aldığı məlumat onun beynində, şüuraltında neqativ enerji kimi toplanır. Bu da gələcəkdə evlənəndə həmin adamda ciddi problemlərə gətirib çıxarır. Belə ki, psixoloji və psixoneqativ problemlər yaranır”.

H.Səmədov qadınlarda da bu cür problemlərin olduğunu deyib. Onun sözlərinə görə, qadınlarda bu problem praktikidir, çünki qadın psixologiyası, kişi psixologiyasına nisbətən zərifdir və incədir.

“Demək olar ki, qadınlar ilk toy gecəsi haqqında öz yaxın qohumuna, anasına, yaxın qız dostuna heç nə demir. Və yaxud elə qızlar var ki, onların psixoloji olaraq yaxını deyilən biri yoxdur. Həmin xanımların məlumatı olmadığı üçün ilk toy gecəsində problemlər çıxır. Qorxu, “vaginizm” deyilən xəstəlik, uşaqlıq yolunun əzələlərinin kəskin yığılması nəticəsində həmin xanımlar illərlə, aylarla normal cinsi həyatı yaşaya bilmir. Regionlarda bu problem böyükdür. Çünki şəhərdə xəstə hardasa özü-özünün müalicəsi ilə məşğul ola bilir. Özünü inandırır ki, nələri etsəm hər şey qaydasına düşəcək. Rayonlarda informasiyanın azlığı, məlumatsızlıq, maarifsizlik problemin uzun müddət həll olunmadığına gətirib çıxarır. Bura əlavə etmək olar həkimə inamsızlıq, utanmaq və çəkinmək. Hansı həkimi seçsək yaxşı olar və digər maddi, sosial problemlərdə mənfi nəticələrə gətirib çıxarır”.

Seksopatoloq bir məsələni ciddi vurğulayıb ki, hər bir cütlüyün ilk toy gecəsi, ikinci, üçüncü gecəsi ciddi problemi olmayıbsa, normal əlaqə olubsa, partnyor bilməlidir ki, cütlüyün bir-birinə uyğunlaşmasının seksoloji vaxtı 6 aya qədərdir.

“Yəni 6 aya qədər cinsi, seksual problemlər ola bilər. Bəzən narazılıq olur ki, biz sevirdik axı niyə belə oldu. Cütlük altı aydan sonra bir-birinə uyğunlaşır. Seksual, psixoloji təcrübə burada rol oynayır”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı