Ov həm istirahət, həm də qida ehtiyacı üzündən hər zaman insanların maraq göstərdiyii bir sahə olub. Müasir dövrümüzdə də insanlar ova böyük maraq göstərirlər. Ova gedən şəxslər arasında sadə insanlarla bərabər, xeyli sayda tanınmış similar da var. Hazırda Azərbaycanda 20 mindən yuxarı şəxs Ovçular Cəmiyyətində qeydiyyatdan keçib.
Amma ov hər zaman cəmiyyətdə birmənalı qarşılanmayıb, buna istirahət kimi baxanlarla yanaşı, maddi maraq güdənlər də olduğundan ovçuluğa qarşı çıxanlar da az deyil.
Çağdaş dövrümüzdə ov etmək üçün müxtəlif silahlardan istifadə olunur. Modern.az saytının əməkdaşları bu dəfə yolunu ovçular mağazasından salıblar.
Getdiyimiz ovçular mağazası Bakının Mətbuat prospektində yerləşir. Ov silahlarının satıldığı mağazaya daxil olanda sakitliyi müşahidə etdik. İçəridə satıcılardan başqa heç kim yox idi. Yaxınlaşıb bir qədər söhbət etdik. Öncə silahların qiyməti ilə maraqlandıq. İlkin adlı satıcı normal keyfiyyətli tüfəngin qiymətinin 1000 manatdan başladığını dedilər. Məlum oldu ki, qiyməti 25-30 min manat olan ov silahları da varmışr və onlar əsasən antikvar sayılır. Satıcı alıcıların daha çox qoşalülə və beşatılan tipli silahlara üstünlük verdiyini vurğuladı. Onu da qeyd etdi ki, qanun bir ovçunun adına yalnız 7 tüfəngin qeydiyyatda ola bilməsinə imkan verir. .
“Biz Daxili İşlər Nazirliyinin və qanun vericiliyin icazə verdiyi silahları satırıq. Bunlar yivsizdi, yalnız ov üçün nəzərdə tutulub və ancaq qırma atır. Bu silahların qiyməti istehsal olunan ölkələrə, silahın keyfiyyətinə, qundağının taxtasına görə dəyişir. Azərbaycanda əsasən Rusiya, Türkiyə, İtaliya, Belçika, Almaniya və digər ölkələrin istehsal etdiyi silahlar satılır. İtaliya silahlarının qiyməti bir qədər baha olur və çox adam onu ala bilmir. Silahlarda kalibr fərqi olur. Belə ki, 12, 16, 20, 28, 32 və digər kalibrli silahlar var. Satılan silahlar yivsizdi. Yivli silahlar əsasən hərbiyə aid olur”.
Silahın yerləşdirildiyi çantaların qiyməti 10-350 manat arasında dəyişir. Ovçu üçün patronun da daha keyfiyyətli olması bacib şərtdirr. Mağazada patronların qiyməti 20 qəpikdən başalayaraq bir neçə manat arasında dəyişir. Satıcıların sözlərinə görə, patronların da qiyməti istehsalçı ölkələrə görə fərqlənir.
“Bizim ölkədə də bir ara patron buraxılırdı. Əli-Bayramlıda (indiki Şirvan) “Qartal” adında patronlar istehsal olunurdu. Həmin patronlar 12 kalibrli tüfəng üçün idi. Yerli istehsal olduğu üçün qiymətlər aşağı idi. İndi də buraxılır, amma əvvəlki kimi ona üstünlük verilmir”.
Satıcı dedi ki, qışda ova maraq daha çox olur. Ona görə ki, qışda qar yağandan sonra quşlar dənizdən qayıdır və əsasən həmin zaman quş ovu olur. Amma satıcılar ov etmək istəyənlər üçün 7 ildir quş ovuna qoyulan qadağadan şikayətləndilər. Onların sözlərinə görə, “quş qripi” adı ilə bağlı quş ovunun qarşısının alınması məntiqsiz bir məsələdir.
“İndi quş ovu rəsmən qadağandır. Bunu “quş qripi” ilə əlaqələndirirlər. Amma bizim həmsərhəd olduğumuz Türkiyə, Rusiya və başqa ölkələrdə quş ovu açıqdır. İndi quş oradan bura keçib xəstələndi, buradan ora keçib sağaldımı? Bu çox məntiqsiz bir məsələdi. Guya, quş Azərbaycana gəldi “quş qripi” oldu, çıxıb gedəndə sonra sağaldı?”.
Mağazaya olduğumuz müddətdə ara-sıra alıcılar da daxil olurdu. Amma yalnız qiymətlərlə maraqlanıb gedirdilər. Satıcılar bunu ovçuluq sahəsindəki məhdudiyyətlərin çox olması ilə əlaqələndiridilər. Onu da dedilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ovçular Cəmiyyəti arasında normal münasibətlər yoxdur.
Belə məlum oldur ki, bəzi ovçular qanuni icazəyə sahib olsalar da, ova getməkdən çəkinirlər. Bu da onunla əsaslandırılır ki, bir güllə atan kimi, tuturlar ki, olmaz.
“Guya istirahət etməyə gedir, amma problemlə üzləşir. Bu baxımdan alıcıların sayı azalıb.
Belə deyək, insanlara ov etməyə imkan vermirlər. Türkiyədə ova getmək üçün illik lisenziya alırsan. Məsələn, quş ovuna getmək üçün illik müəyyən məbləğdə dövlət rüsumunu ödəyirsən, onlar bir illik lisenziya verirlər və həmin bir il ərzində ov edirsən. Orada həm dövlətin büdcəsinə pul gəlir, həm də insanlar öz istirahətlərini təmin edirlər. Bizdə də elə təşkil olunsa, ova lisenziya verilsə, bu dövlətin büdcəsinə xeyir edər. Ov turizmi yaradılmalıdır. Xaricdən də qonaqlar Azərbaycana ova getmək üçün gələrlər. Ov turizimi düzgün şəkildə təşkil olunsa, bu həm dövlətin büdcəsinə xeyirdi, həmdə insanlar rahat isirahət edər. Elə insanlar var ki, öz yaşayışını ovla təmin edir. Kəndlərdə belə adamlar var. İşi yoxdu və evin dolanışığını ovla təmin edir. Hamının pulu yoxdu ət alsın”.
Satıcılar indi ov edənlərin ancaq yaşlı nəslin nümayəndələri olduğunu deyirlər. Gənc nəsil ovçuluğa maraqlı deyil.
“Ov zamanı birbaşa təbiətlə ünsiyyətdə olursan. Gəzirsən, dincəlirsən, təmiz hava alırsan. Şərait yaradılmalıdır ki, gənclərdə də ovçuluğa maraq yaransın. Hazırda ölkəmiz müharibə şəraitindədir. Yəni bununla əlaqədar gənclər silah görməli, atmalıdır ki, sabah bilmək olmaz nə olacaq. Silah atmaq, onun səsinə və barıt iyinə öyrəşmək lazımdır”.
Anar KƏLBİYEV
Elçin AĞAYEV