Modern.az

Məşhur qocaların gənc arvadları: Sevgili yoxsa, “pul kisə”ləri? - FOTOLAR

Məşhur qocaların gənc arvadları: Sevgili yoxsa, “pul kisə”ləri?  - FOTOLAR

25 Yanvar 2013, 16:51

Şou –biznes dünyasında nigahlar həmişə diqqət mərkəzində olur. Xüsusən də əgər bəy  və gəlinin yaşı bir – birindən fərqlənən zaman  bu evlilik dedi-qodulardan əskik olmur.

Modern.az ailə həyatında nəzərə çarpan yaş fərqi olan dünya məşhurları haqda olan məlumatları oxuculara təqdim edir.                              

                                                                                                             

 

Məşhur milyarder Donald Tramp və Menalya Knass arasında yaş fərqi 24 ildir. Cütlük 2004-cü ildən bu yana birlikdədir.

 

  “Hollivud” ulduzları Maykıl Duqlas və  Ketrin Zeta Cons arasında isə 25 yaş fərq var. Qeyd edəkki onlar 2000-ci ildə evlənib və artıq bir qiz bir oğlan övladları  var.  

 

 Rene Ancelil və “Titanik” filminin unudulmaz sauntrektinin ifaçısı, müğənni  Selin Dion arasındaki yaş fərqi isə 26 ildir. Cütlük Selinin 12 yaşı təzəcə tamam olanda tanış olmuş üzərindən 7 il keçəndən sonra 1987-ci ildə münasibət qurublar və 1994-cü ildə isə evləniblər.  

 

Məşhur ingilis komik aktyoru Con Kliz və eks-model Cenifer Ueyd arasındakı fərqdə nə az nə çox 31 yaşdır. Onlar 2012-ci ilin avqust ayında ailə qurublar.  Evlənən zaman  Conun 72 Ceniferin isə 41 yaşı olub.  

 

 Amerikalı tanınmış komik artisti Rodni Dencencerdfild ilə Coan Caildin yaş fərqləri isə 31 ildir. Sevimli cütlük öz həyat yollarını 1993-cü ildə birləşdirərək necə deyərlər ölüm onları ayırmayana qədər birgə olublar. Aktyor  2004-cü ildə 82 yaşında vəfat  edib.  

 

Günəş FƏRHADLI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI