Modern.az

Oxşarlar - İkisi də Azərbaycanda tanınmış simadır - FOTO

Oxşarlar - İkisi də Azərbaycanda tanınmış simadır - FOTO

Reportaj

21 Mart 2022, 14:16

Modern.az saytı əvvəllər Azərbaycandakı oxşarlarla bağlı bir xeyli təqdimatlar edib. “Oxşarlar" layihəsindəki təqdimatlarımız həmişə oxucular tərəfindən maraqla qarşılanıb.

Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil. 

Budəfəki oxşarladan hər ikisi Azərbaycanda tanınmış simadır.

Onlardan biri məşhur müğənni, xeyli populyar mahnıların ifaçısı Akif İslamzadədir.

Akif Qədir oğlu İslamzadə 8 avqustan 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir.

1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin", “Qaragilə,  “Bura vətəndir”,"Bu gecə", “Alagözlüm” xüsusilə məşhurdu.


Akif İslamzadənin ifaçılığa davam etməsinə 1987-ci ildən sonra səsinin tutulması mane olub. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları əbədi yaddaşlara həkk olunub.

6 may 2016, 1 may 2017 və 9 may 2018-ci ildən  Prezident Mükafatına, 10 may 2019-cu ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

120-dən çox mahnının ifaçısıdır.


Akif İslamzadənin oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz


Söhbət fizik alim, tanınmış müsavatçı Mirbaba Babayevdən gedir.

Mirbaba Mircavad oğlu 18 mart 1947-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində ruhani ailəsində anadan olub. 1965-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbi qızıl medalla bitirib.

1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub, 1971-ci ildə Fizika fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına qəbul olunub. 1979-cu ildə fizika-riyaziyyat elmləri namizədi və 2008-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini alıb. 1974-cü ildən 1981-ci ilə qədər Fizika İnstitutunda kiçik elmi işçi, 1981-ci ildən 2004-cü ilə qədər böyük elmi işçi, 2004-cü ildən 2009-cu ilə qədər aparıcı elmi işçi vəzifəsində çalışıb.

2009-cu ildən Fizika İnstitutunun "Nanokristallar fizikası" laboratoriyasının rəhbəri, baş elmi işçisidir.

"Elm və həyat" və digər elmi-kütləvi jurnallarda elmin müxtəlif məsələlərinə aid məqalələri çap edilib.

Tədqiqatları əsasən, güclü elektrik sahəsində yarımkeçiricilərdə baş verən kinetik hadisələrin nəzəriyyəsinə və aşağı ölçülü sistemlərdə köçürmə hadisələrinə aiddir. Elektron və fononların qarşılıqlı sövqü şəraitində termoelektrik və termomaqnit effektlərin nəzəriyyəsini qurub (Tofiq Qasımovla birlikdə).
 

Diqqətlə baxanda Akif İslamzadə ilə Mirbaba Babayevin zahiri görünüşündə, saç düzümündə, sifət cizgilərində, baxışlarında xeyli bənzərlik görmək mümkündür. 

Bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?