Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bu gün ad gününü qeyd edir, onun 65 yaşı tamam olub.
T.Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.
1998-ci ildən etibarən Azərbaycan Resbulikası Prezidentinin sərəncamı ilə Bakı metropoliteninin rəisi işləyir.
“Fəxri Dəmiryolçu” və “Bakı meropoliteni veteranı” döş nişanları ilə mükafatlandırılıb. Texnika elmləri namizədi elmi dərəcəsi var.
Prezidentin fərmanı ilə “Şöhrət ordeni” və “Azərbaycan esbulikasının Əməkdar mühədisi” fəxri adı və nişanı ilə təltif edilib.
Evlidir, 2 övlad atasıdır.
Hakim yeni Azərbaycan partiyasının sədr müavini olan Tağı Əhmədov, həm də Azərbaycan Dama Federasiyasının vitse-prezidentidir.
Azərbaycanda yüksək vəzifələr tutan məmurlar arasında ədəbiyyata, incəsənətə maraq göstərən, mahnı bəstələyən, şeir yazan şəxslar var. Modern.az saytının məlumatına görə, bu sıradan olan yüksək çinli məmurlardan biri də Tağı Əhmədovdur. Yəqin çoxları Tağı müəllimin ədəbiyyat həvəskarı, şeir yazması barədə məlumatlı deyil.
15 ildir metro sahəsində birinci şəxs 63 yaşlı Tağı Əhmədov Tağı Sadiq imzası ilə şeirlər də yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb...
Rejissor Elnaz Əbluçun çəkdiyi "İlham alıram" klipində xalq artisti Mələkxanım Əyyubovanın ifaları altında Prezident İlham Əliyevin ölkədə apardığı quruculuq işlərinin geniş vüsət almasından bəhs edilir. Bu klipin musiqi müəllifi, tanınmış tarzən, xalq artisti Zamiq Əliyevdir. Klipin sözlərinin müəllifi isə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur (Tağı Sadiq).
2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.
Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur.
Ölkənin birinci xanımının şərəfinə ekranlaşdırılan “Elin Mehriban qızı” musiqili klipində Bakı Metropoliteninin rəisinin yaradığılıq payı var. Klipdə səslənən mahnının sözləri Tağı Əhmədova məxsusdur.
Musiqi sahəsinin bəzi simaları Tağı Sadiqi incəsənətin yaxın dostu, himayədarı, nəğməkar şair adlandırılar. Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.
Tağı Sadiqin yaradığılığında məhəbbət mövzusu da geniş yer tutur. Onun yazdığı "Boş şeydi məhəbbət", “Göz yaşına dözmək olmur” adlı şeirlərə meyxanalar da bəstələnib.
Tağı müəllimin özü Məmməd Araz yaradıcılığının vurğunu olduğunu deyir.
Tağı Əhmədovun xanımı Salatın Əhmədli Modern.az-a müsahibəsində bir-birləeini tələbə olanda görüb, bəyəndiklərini, sonar ailə qurduqlarını deyir. “Günlərin birində mən işləyən sexin qapısı açıldı, içəri hündürboy, bir az da zəhmli görkəmi olan bir oğlan daxil oldu. Mən də “Arşın mal alan” filmindəki Asya kimi dedim: “Adam aşiq olanda da, beləsinə aşiq olar”. Bir həftə sonra hiss etdim ki, mənə münasibəti başqa cürdür. Şeirlər yazıb mənə verirdi və sevgisini şeirlərində etiraf edirdi…
.. Bəzən eşidirəm ki, deyirlər o, çox kobuddur, əsəbidir və sair. Amma əslində elə deyil və onun ürəyi çox yumşaqdır. Tağı müəllim bəzilərinin dediyi kimi kobud yox, incə həssas və saf qəlblidir… Onda kin-küdurət, paxıllıq, həsəd yoxdur...
…Onun işi çox ağırdır. Çiyinlərinə çox ağır bir yük götürüb….
…Telefonları söndürmür. Gecələr də metro ilə əlaqə saxlayır. Bir devizi var: Əgər metro gecə-gündüz işləyirsə, deməli mən də işləməliyəm. Onunla bərabər mən də “işləyirəm”. Arada mən onun əsəblərini sığallamaq üçün zarafat edirəm. Sakitləşdirməyə çalışıram. Nəvələrimizin məzəli sözlərini danışıram. İstifadə etməyi xoşlayan insanlar çox yükləyirlər onu, istirahətə də gedə bilmir, istirahətdən yarımçıq qayıtdığı vaxtlar da olub…”.