Modern.az

Bakıda Pasxa bayramı - FOTOREPORTAJ

Bakıda Pasxa bayramı - FOTOREPORTAJ

Reportaj

24 Aprel 2022, 15:32

Bu gün pravoslav xristianların Pasxa bayramıdır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da xristianların müqəddəs bayramı qeyd olunur.

 

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı kimi qeyd edilir. Ənənəyə görə, xristianlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa adlı yemək hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

 

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün xristianlar pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, “İsa Dirildi!” kəlməsi ilə bir-birilərini salamlayırlar.

 

Modern.az Azərbaycanın pravoslav xristianlarının Pasxa bayramından hazırladığı fotoreportajı təqdim edir:

 

Hazırladı: Elmar Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır