Modern.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə təqsirləndirilən sabiq deputat Gülər Əhmədova fevralın 13-də Səbail rayon Məhkəməsində çıxarılan qərarla hələlik 2 aylığa həbs olunub. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2) və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə (307.2-ci ) təqsirli bilinir.
APA-nın məlumatına görə, G. Əhmədova ilə bağlı proses hakim Elnur Həsənovun sədrliyi ilə keçirilib. Prosesdə G.Əhmədova və vəkili Eldar Qədimi iştirak edib.
Həmin müddətdə G.Əhmədovanın ailə üzvləri, o cümlədən qardaşı İlqar Mikayıloğlu da məhkəmənin qarşısında olublar.
Səbail Rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbiri seçilən keçmiş deputat Gülər Əhmədova oradan birbaşa Bakı İstintaq Təcridxanasına aparılıb.
|
|
|
|
|
Modern.az