Modern.az

Əlvida, maska! - FOTOREPORTAJ

Əlvida, maska! - FOTOREPORTAJ

Reportaj

1 May 2022, 14:09

Bu gündən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunub. Artıq bütün qapalı məkanlarda, o cümlədən, avtobuslarda, metrostansiyalarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hava limanı ərazisində, təhsil müəssisələrində tibbi maskalardan istifadə məcburi deyil. Yalnız insanlar öz şəxsi istəklərilə maskadan istifadə edə bilərlər. 

 

Xatırladaq ki, Azərbaycanda qapalı məkanlarda maska taxmaq tələbi 2020-ci ilin iyunundan tətbiq olunmağa başlanmışdı. İki ildən sonra maska qadağasının ləğvi insanlar tərəfindən müsbət qarşılanır.

 

Modern.az tibbi maskalarla “vidalaşdığımız” ilk günün görüntülərini təqdim edir:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı