Modern.az

Putin bu generalları sərt şəkildə CƏZALANDIRDI - SİYAHI

Putin bu generalları sərt şəkildə CƏZALANDIRDI - SİYAHI

Reportaj

17 May 2022, 18:20

Kreml Ukraynadakı məğlubiyyətə görə Rusiya Silahlı Qüvvələrinin komandirlərini açıq şəkildə cəzalandırmağa başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.


Məlumatda deyilir ki, "Rusiya-Ukrayna müharibəsi zamanı işğalçılar heç bir strateji vəzifəni yerinə yetirə bilməyiblər. Nəticədə Rusiya ordusunda kütləvi ixtisarlar başlayıb".


Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya qoşunlarının “məğlubedilməz və əfsanəvi” ordu mifi darmadağın olub.

“Rusiya hərbi elitasının səriştəsizliyi dünya ictimaiyyətinin bütün gözləntilərini üstələyib”, - Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.


Qeyd edilir ki, Kreml hakimiyyəti özünün gələcək siyasi və cinayət məsuliyyətinin nəticələrini azaltmaq üçün bütün uğursuzluqları və məğlubiyyətləri hərbi birlik və birləşmələrin komandirlərinin üzərinə yıxmağa çalışır.
 

Belə ki, “Moskva” raket kreyserinin batmasına görə, Qara Dəniz Donanmasının komandiri, vitse-admiral İqor Osipov tutduğu vəzifədən uzaqlaşdırılaraq həbs edilib. Onun birinci müavini vitse-admiral Sergey Pinçuka qarşı da istintaq hərəkətləri başlanıb.


Məlumatda deyilir ki, Rusiya Prezidenti Vladimir Putin Qara Dəniz Donanmasının “qürurunun itkisi”ni heç cür həzm edə bilmir.

Çoxsaylı şəxsi heyət, silah və hərbi texnika itkilərinə görə Silahlı Qüvvələrin Altıncı ordusuna rəhbərlik edən general Vladislav Yerşov tutduğu vəzifədən uzaqlaşdırılıb.


Eyni səbəblərdən Qərb Hərbi Dairəsinin ilk tank ordusunun komandiri, general-leytenant Sergey Kisel də vəzifəsindən çıxarılıb. Qeyd olunur ki, general “Ali rəhbərliyin göstərişinə zidd olaraq” çağırışçıları cəza əməliyyatları aparmaq üçün Ukrayna ərazisinə göndərib.
 

Verilən tapşırıqların qeyri-qənaətbəxş yerinə yetirilməsi ilə əlaqədar general-mayor Arkadi Marzoyev Krımdakı Cənub Hərbi Dairəsinin 22-ci Ordu Korpusunun komandiri vəzifəsindən uzaqlaşdırılıb.


103-cü ayrı-ayrı maddi-texniki təchizat briqadasının komandiri, polkovnik Mixail Ponomarev də tutduğu vəzifə ilə vidalaşmalı olub.
 

"Bütün bu nümayişkaranə cəzalar yalnız işğalçılar arasında öz komandirlərinə inamsızlığın yayılmasına kömək edir. Təcavüzkar ölkənin hərbi rəhbərləri öz səriştəsizliyi və özünü məhv etmək istəyi ilə dünyanı heyrətləndirməkdə davam edir", - kəşfiyyat xidməti bildirib.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!