Modern.az

“Açıq qapı” günündə tarixə səyahət - FOTOREPORTAJ

“Açıq qapı” günündə tarixə səyahət - FOTOREPORTAJ

Reportaj

18 May 2022, 16:00

Bu gün muzeylərdə “Açıq qapı” günü keçirilir. 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində vətəndaşlar və ölkəmizin qonaqları ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı qazanıblar.

 

“Açıq qapı” günündə paytaxtda sakinlərin axın etdiyi tarixi məkanlardan biri də “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyidir.


VI–XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin hökmdarlarına məxsus Şirvanşahlar Sarayı XV əsr memarlığının şah əsəri orta əsr mədəniyyətinin, elmin, sənətin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saraydır. Saray Kompleksi 52 otaqlı saray binasını, Divanxana, Seyid Yəhya Bakuvi türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq Portalı, Saray məscidi, Şirvanşahların ailəvi türbəsi və Saray hamamı abidələrini özündə birləşdirir. 

 

“Açıq qapı” günündə kompleksi ziyarət edən qonaqlar qoruq-muzeyin içərisində 3D video-formatda görüntü ilə qarşılaşırlar. Vizual görüntülərdə tarixə ekskurs edilir. Belə ki, 3D videokadrlarda Şahın aşbazlarının yerə xalça sərməsi və yemək bişirməsi anı əks olunur.


Bundan əlavə, qeyd edək ki, qoruq-muzeyin içərisində keçmişdə qida saxlamaq üçün xüsusi quyular hazırlanıb. Eyni zamanda içəridə 2 quyu var, hansı ki, onların biri ilə Xəzər dənizinə, digəri ilə isə Qız Qalasına çıxış mümkün olub.


Modern.az “Açıq qapı” günündə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyindən hazırladığı fotoreportajı təqdim edir:

 

Fotolar: Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir