Modern.az

İçərişəhərin dağlar qoynundakı bənzəri - FOTOREPORTAJ

İçərişəhərin dağlar qoynundakı bənzəri - FOTOREPORTAJ

Reportaj

23 May 2022, 15:42

Yol irəlilədikcə dörd bir tərəfi ucqar dağlar, sərt sıldırımlı qayalar bizi bu məkana – Lahıca aparır.

 

Özündə sözün əsl mənasında qədim sənət diyarını ehtiva edən kiçik qəsəbə İsmayıllı rayonunun ərazisində yerləşir. Lahıc vaxtilə misgərlik və silah istehsalının ən önəmli mərkəzlərindən bir olub.

 

Burada bir-birindən gözoxşayan, əl əməyi, göz nuru sənət nümunələri məhəllə boyunca düzülmüşdü.

 

Addımladığımız hər bir küçə bizə İçərişəhərin qədim məhəllələrini xatırladırdı. Amma dağ havası, sərt iqlim şəraiti Lahıcı İçərişəhərdən fərqləndirir.

 

Yol boyunca düzülən məhsullara baxa-baxa bir də gördük ki, Lahıcın ta o başındayıq. Sözsüz ki, bu müddət ərzində qarşılaşdığımız mənzərələr obyektivimizdən yayınmadı.

 

Əsrarəngiz, qonaq-qaralı Lahıcdan yeni görüntüləri təqdim edirik:

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır