Modern.az

Bakıda TEKNOFEST coşqusu - FOTOLAR

Bakıda TEKNOFEST coşqusu - FOTOLAR

Reportaj

26 May 2022, 17:10

Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib.


Festivalın açılış mərasimi "Natiq" Ritm Qrupunun kompazisiyası ilə başlayıb. Davamında müxtəlif hava şouları təşkil olunub.


Festivalın keçirilməsində əsas məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

 

Qeyd edək ki, “TEKNOFEST” texnologiya festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk festival bu il Azərbaycanda təşkil olunur.

 

Modern.az “TEKNOFEST Azərbaycan” festivalından görüntüləri təqdim edir:

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi