Modern.az

Xocalı qurbanlarının xatirəsi yad edildi -FOTOLAR

Xocalı qurbanlarının xatirəsi yad edildi -FOTOLAR

26 Fevral 2013, 14:37

 Bu gün səhər saatlarında Xocalı soyqırımının 21-ci il dönümü münasibətilə faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni minlərlə insan ziyarət etməyə başlayıb. Modern.az-ın məlumatına görə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Xocalı» abidəsini ilk olaraq  prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları ziyarət ediblər.

Daha sonra çoxsaylı ziyarətçilər Xocalı prospekti boyunca yürüş edib və abidəni ziyarət ediblər. Abidəni ziyarət edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yermoloyeviç Paskeviç, diplomatik korpusun nümayəndələri də olub. Bu saatlarda da abidənin ziyarət olunması davam edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI