Modern.az

Yaşadığınız rayonun icra başçısını tanıyırsınız? - VİDEOSORĞU

Yaşadığınız rayonun icra başçısını tanıyırsınız? - VİDEOSORĞU

9 İyun 2022, 11:52

İcra başçılarının fəaliyyəti daim cəmiyyətin diqqət mərkəzində olur. Onların gördüyü işlər, vətəndaşlarla münasibəti əksər hallarda müzakirə mövzusuna çevrilir. 

Bəzi başçılar xalqın arasında olub, vəzifəsinin öhdəsindən gəlməyə çalışsa da, bir çoxları ona həvalə olunan bölgəni kabinetdən çıxmadan idarə etməyə üstünlük verir. Nəticədə vətəndaşlar adını eşidib, üzünü görmədiyi məmurlardan narazı qalırlar. Əksər hallarda şahidi oluruq ki, vətəndaşlar yaşadıqları rayonun icra başçısının adını belə bilmirlər. Təəccüblü görünsə də, bu cür hallara rast gəlmək mümkündür.

Bəs Bakı sakinləri yaşadıqları rayonun icra başçılarını tanıyırlarmı? 

Modern.az bu suala cavab tapmaq üçün şəhər sakinləri arasında videosorğu keçirib. Respondentlərin əksəriyyəti sualımıza cavabında qısaca olaraq "bilmirəm" deməklə kifayətlənib. Bəziləri isə bu barədə məlumatsız olduğunu söyləyib. 

Həmin sorğunun videosunu təqdim edirik:

Müxbir: Elmar Hüseynov

Operator: Əfqan Pənahoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?