Modern.az

Putinin qızı Rusiyada “boz kardinal”a ÇEVRİLİR

Putinin qızı Rusiyada “boz kardinal”a ÇEVRİLİR

Reportaj

10 İyun 2022, 11:30

Rusiya prezidenti Vladimir Putinin varisi onun qızı ola bilər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda yayılmış məlumatı jurnalist Karina Orlova teleaparıcılar Alyona Tsintile və Nikita Mixalevlə birlikdə "Ukrayna 24" YouTube kanalının efirində şərh ediblər.
 

"Putinin qızı Yekaterina Tixonova çoxdan ictimai müzakirəyə çıxarılıb. Onun adını çəkmək olar, onu televiziyada göstərirlər. Hamı bilir ki, bu, Putinin qızıdır. Ona postlar verirlər, yeri gəlmişkən, o, bioloji laboratoriyaya rəhbərlik edir. Mən onun "boz kardinal" ola biləcəyini inkar etmirəm, çünki əks halda o, ictimai məkanda olmazdı…
Aydındır ki, Putin öz ətrafında az adama, bəlkə də heç kimə güvənə bilmir. Ona görə də Yekaterina Tixonova önə çıxarılır...” – deyə jurnalist Karina Orlova bildirib.
 

K.Orlova hesab edir ki, Yekaterina Tixonovanın seçki reytinqinin olmaması problem deyil:

"Yeltsin Putini xələf seçəndə onun da seçki reytinqi yox idi. Onlar nə lazımdırsa, edəcəklər. Bilirsiniz, necə elan edəcəklər: qadın, alim, rəqqasə, komsomolçu, idmançı, gözəllik… Və bütün kanallarla təbliğat aparacaqlar. Sonra küçələrdə sorğular keçirəcəklər və soruşacaqlar: Yekaterina Tixonovanın kim olduğunu bilirsinizmi?
Hər kəs deyəcək - hə, əlbəttə. Bax budur tanınma, budur reytinq. Nə qədər çılğın səslənsə də, heç də istisna deyil".
 

Jurnalistin fikrincə, bu, Putinin təqaüdə çıxacağı anlamına gəlmir.
 

"Aydındır ki, Putin getməyə hazırlaşmır, o, sona qədər oturub hakimiyyətdən yapışacaq. Amma hesab edirəm ki, Putin ehtiyat variantlar da hazırlayır, Tixonova onun üçün Patruşevdən daha təhlükəsiz seçimdir. Hansı ki, Patruşev də öz oğlunu varis görmək istəyir. Rusiyanı indi Putinin çevrəsi və onların övladları idarə edir, özləri üçün yeni nəsil yetişdiriblər”.

Rəsmi olaraq Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila ilə evlilikdən dünyaya gələn iki qızı var - bu yaxınlarda Yekaterina Tixonova və Mariya Vorontsova.


Putinin keçmiş gimnast Alina Kabayevanın uşaqlarının atası olduğu da ehtimal edilir. Onun ən azı iki oğlu olduğu bildirilir. Bəzi KİV-in məlumatına görə, Kabayevanın hətta Putindən dörd övladı var - iki oğlan və iki qız.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi