Modern.az

“Pensiyalar 1500 manat olsun” - VİDEOSORĞU

“Pensiyalar 1500 manat olsun” - VİDEOSORĞU

Reportaj

27 İyun 2022, 09:58

Azərbaycanda pensiyaların yenidən artırılması gözlənilir. Bu yaxınlarda Milli Məclisin iclasında çıxış edən əmək və əhalinini sosial müdafiə nazirinin müavini Anar Kərimov pensiyaların ödənilməsi üçün ayrılan vəsaitin 306 milyon manat artacağını söyləyib. Bu açıqlamadan sonra pensiya məsələsi yenidən gündəmə gəlib və artımların nə qədər olacağı müzakirə mövzusuna çevrilib. 

 

Bəs, vətəndaşlar pensiya məbləğinin nə qədər olmasını istəyərlər?

 

Modern.az mövzu ilə bağlı paytaxt sakinləri arasında videosorğu keçirib. 

 

Respondentlərin əksəriyyəti pensiyaların artırılmasının vacib olduğunu söyləyib. Bəzi vətəndaşlar isə minimum pensiya məbləğinin 500-700 manat olmasını təklif edib. Hətta bu vəsaitin 1500 manata çatdırılmasını istəyənlər də olub.

 

Sorğu iştirakçılarının cavablarını daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

 

 

Müxbir: Elmar Hüseynov

Video: Əfqan Pənahoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü