Modern.az

Pulum olsaydı, qurban kəsərdim - VİDEOSORĞU

Pulum olsaydı, qurban kəsərdim - VİDEOSORĞU

8 İyul 2022, 16:20

İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da xüsusi qeyd olunur. Digər dini bayramlar kimi, qurbanlıqda da İslam qaydalarına riayət etmək hər bir müsəlmana vacib buyurulub. Bu vacib əməlləri yerinə yetirmək həm də maddiyyat tələb edir. Hər nə qədər hökumət bayramda qurbanlıq heyvanların ucuzlaşacağı anonsunu versə də, realda müşahidə edilən qiymətlər tam əksini deyir.

 

Bəs, vətəndaşların cibi Qurban bayramını qeyd etməyə, heyvan kəsib paylaşamağa imkan verirmi?

 

Modern.az elə bu sualla paytaxt sakinlərinə müraciət edib.

 

Cavablar isə müxtəlifdir. Qurbanlıq kəsmək arzusunu dilə gətirən kim, imkansızlıqdan ət yeyə bilməyən kim...

 

Ətraflı videosorğuda:

 

 

Müxbir: Elmar Hüseynov

 

Video: Əfqan Pənahoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi