Modern.az saytı ölkəmizdə karikatura sənətinin inkişafına dəstək olmaq məqsədilə yeni rubrikaya start verib. Bundan sonra saytımızda “Gündəm-Karikatura” adlı rubrikada medianın gündəmini zəbt etmiş hadisələrə uyğun karikaturalar təqdim edəcəyik. Oxuculardan arzu edənlər də öz əl işlərini bizə göndərə bilər. Orjinallığı və aktuallığı ilə seçilən karikaturalar saytımızda dərc olunacaq.
Gündəmin olaylarına uyğun olaraq növbəti karikaturanı və ya kollajı sizlərə təqdim edirik.
Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sərkisyan seçkilərdəki rəqibi Raffi Hovhannisyanın söyüşlərinə cavab verib.
“Hovhannisyan deyir ki, “əgər Serj Sərkisyan kişidisə, qoy istefa versin”. Məgər kişilik bununla müəyyən olunur? Kişilikdən danışmaq lazım deyil, kişi olmaq lazımdır”…
Serj Sərkisyan aprelin 9-da növbəti president kimi Konstitusiyaya və Bibliyaya and içəcəyini bəyan edib.
Həvəskar karikaturaçı aşağıdakı şəkillə Serj Sərkisyanla Raffi Hovhannisyanın “kişilik məsələsi”ni təsvir etməyə çalışıb.
A.Qorxmaz
***
Həmçinin oxu
Modern.az-da yeni RUBRİKA: “Gündəm-Karikatura”
//modern.az/articles/36177/1/