Modern.az

RUBRİKA: “Gündəm-Karikatura” - Bakıya gələn Ronaldo: “Uydad, necə xoşbəxtəm!..”

RUBRİKA: “Gündəm-Karikatura” - Bakıya gələn Ronaldo: “Uydad, necə xoşbəxtəm!..”

23 Mart 2013, 22:30

Azərbaycanda futbolun inkişafına hər il milyonlarla para sərf olunsa da, milli komandamızın yaxşı çıxışının şahidi olmuruq ki, olmuruq.
Azərbaycan komandası hətta Avropada “qapazaltı” sayılan cırtdan ölkələrin millilərilə belə, bacara bilmir. Lüksemburqla dünənki oyun bunu bir daha təsdiqlədi.    

Gör iş nə yerə çatıb ki, Portuqaliya millisinin məşhur hücumçusu Kriştiano Ronaldo da Azərbaycanla martın 26-da keçiriləcək oyunda iştirak etməmək üçün pis bir yola əl atıb. Belə ki, o, Azərbaycan yığmasına qarşı Bakıda keçiriləcək oyunda iştirak etməmək üçün İsraillə matçda bilərəkdən sarı vərəqə alaraq, özünü cəzalı duruma salıb.
Beləliklə, mövcud qaydalara əsasən, ikinci sarı vərəqə ilə cəzalandığından Ronaldo millimizlə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda meydanda olmayacaq. Deyilənə görə, Ronaldo bunu qəsdən edib ki, komanda yoldaşları onsuz da Azərbaycana çoxlu qol vuracaqlarsa, özünü bu oyunda niyə yormalıdır.

Ronaldo Portuqaliya millisi ilə Bakıya gəlib, amma oyunu tribunadan izləyəcək..

Modern.az saytının “Gündəm-Karikatura” rubrikasında təqdim etdiyi növbəti kollaj bu hadisəyə həsr olunub. Gündəmin olayını özündə əks etdirən kollajı sizlərə təqdim edirik.
 



A.Qorxmaz

***
Həmçinin oxu

Modern.az-da yeni RUBRİKA: “Gündəm-Karikatura”
//modern.az/articles/36177/1/

RUBRİKA: “Gündəm-Karikatura” - “Kişidi bu..”
//modern.az/articles/36205/1/
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI