Arxiv
13 Avqust 2022, 13:30 | REPORTAJ
İstinin xeyrindən çox ziyanı var - ARAŞDIRMA

Alimlərin fikrincə, şiddətli istilər iqlim dəyişikliyinin əsas təsirlərindən biridir. Son illərdə dünyanın müəyyən bölgələrində müşahidə olunan rekord temperatur planetin sürətlə istiləşdiyini və temperaturun daha da yuxarı qalxacağını göstərir.

 

Həddindən artıq istilər bütün dünyada milyonlarla insanın həyatına və yaşayışına təhdid yaradır. Belə ki, dözülməz isti hava şəraiti insanları öldürür, infrastruktura ziyan vurur və ərzaq təhlükəsizliyini təhdid edir.

 

Modern.az xəbər verir ki, həddindən artıq istilərin ağır yükünü inkişaf etməkdə olan ölkələr və aşağı gəlirli insanlar daşıyır. Artıq bir çox siyasətçilər, biznesmenlər qlobal istiləşmə barədə daha çox müzakirələr aparmağa başlayıblar. Hətta bu ilin noyabr ayında BMT iqlim böhranı barədə qlobal konfrans keçirməyi planlaşdırır.

 

Yerin orta temperaturu 1880-ci illərdən bəri 1°C-dən çox artıb. Buna insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyalarının artması səbəb olub. Dünyanın bəzi əraziləri, xüsusilə Arktikada temperatur sürətlə artır. Bu isə elm adamlarını həyəcan təbili çalmağa əsas verir.

 

Statistika göstərir ki, hazırda dünya əhalisinin beşdə birindən çoxu istiləşməyə məruz qalmış regionlarda yaşayır. Demək olar ki, bütün dövlətlər iqlim dəyişikliyindən zərər görə bilər. Araşdırmalara görə, 30-60 milyon insan tempraturun insan həyatına təhlükə yaratdığı ərazilərdə məskunlaşıb. Emissiyalar azaldılmasa, bu insanlar yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Bundan əlavə, əsrin sonuna qədər ciddi tədbirlər görülməsə, yerin orta temperaturu 1880-ci illərlə müqayisədə 3°C-dən çox artacaq.

 

2050-ci ilə kimi dünyada insanların 70 faizindən çoxu şiddətli isti dalğaları ilə üzləşə bilər. Araşdırma əsasında deyə bilərik ki, həddindən artıq istilər insan sağlamlığına böyük təhlükə yaradır və nəticədə daha çox ölümə səbəb olur.

 

Birləşmiş Ştatlarda yüksək temperatur digər ağır hava hadisələrindən daha çox ölümə gətirib çıxarır. Şiddətli isti nəticəsində tər insan bədənindən buxarlana və bədən öz işini davam etdirə bilmir. Nəticədə insan bir neçə saat içərisində həyatını itirmiş olur.

 

Digər tərəfindən iqlim dəyişikliyi səbəbindən kritik həddə çatma ehtimalı da artıb. Aşağı gəlirli insanlar və inkişaf etməkdə olan ölkələr coğrafi mövqeyi, meşələrin qırılması və kondisioner, eləcə də soyutma sistemlərinin olmaması səbəbindən istiliklə bağlı xəstəliklərə və ölümlərə daha yaxındırlar. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal dünyanın ən isti bölgələrində yaşayan 2,8 milyard insanın yalnız 8 faizinin kondisioneri var, digərləri isə dözülməz hava şəraitilə ölümcül mübarizə aparır.

 

İstilik insanları qeyri-bərabər şəkildə öldürür. Yaşlı və sosial təcrid olunmuş insanlar üçün ölüm nisbəti yüksəkdir. Uşaqlar, hamilə qadınlar, ürək xəstələri daha çox risklə üz-üzədir. Əsasən açıq havada çalışan işçilər istiliklə əlaqəli xəstəliklərə daha çox məruz qalırlar.

 

İsti hava şəraiti eyni zamanda elektrik şəbəkəsinə ciddi ziyan vurur. Kütləvi şəkildə kondisionerlərin istifadə olunması bəzən elektrik stansiyalarının tutumunu üstələyir, bu da elektrik şəbəkəsinin sıradan çıxmasına səbəb olur.

 

İqlim dəyişikliyinin səbəb olduğu əsas təhlükə ərzaq təhlükəsizliyi ilə əlaqəlidir. Ukraynadakı müharibəyə görə onsuz da ciddi risk altında olan taxıl bazarı yüksək temperatur nəticəsində daha böyük təhdidlə üzləşir. Həddindən artıq istilər bitki istehsalına, heyvandarlığa və balıqçılığa mane olur. Əsrin ortalarına qədər kənd təsərrüfatı dünyanın sürətlə artan əhalisini qidalandırmaq üçün təxminən 50 faiz daha çox ərzaq istehsal etməli olacaq.

 

Rəsmi məlumatlara əsasən, son bir neçə il ərzində istilik dalğaları və quraqlıq qlobal miqyasda məhsul bazarında təxminən 20-50 faiz itkiyə səbəb olub. Məlumat üçün onu da bildirək ki, 2018-ci ilin istiləri Mərkəzi və Şimali Avropadakı ərazilərdə kənd təsərrüfatı məhsuldarlığını yarıya qədər azaldıb. Bu isə qlobal təhlükədən xəbər verir.

 

Ən böyük təhlükə isə odur ki, qarşıdakı onilliklərdə iqlim dəyişikliyi müharibələrə səbəb olacaq. İnsanlar xüsusilə su mənbələri uğrunda mübarizəyə başlayacaq. Hökumətlər bununla əlaqəli tədbirlər görməli, emissiyaların azaldılması istiqamətində addımlar atmalıdır. Lakin burada insanların üzərinə də böyük məsuliyyət düşür. Belə ki, hər bir insan məsuliyyətini tam dərk edərək, dünyanı gözləyən faciəvi problemlərlə mübarizə yolu tapmalıdır, yoxsa çox gec olacaq...

 

Akif İsmayılov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Rusiya Ukraynada 60 mindən çox hərbçisini itirib 11:19, Bu gün İran dronları Ukraynada məhv edildi  11:08, Bu gün Pullarını şəhər meriyasına vəsiyyət etdi 11:00, Bu gün 4 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı 10:51, Bu gün Yasamalda avtomobil yandı 10:43, Bu gün Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Futbol matçında iğtişaş: 127 nəfər öldü - VİDEO 09:39, Bu gün İŞİD-çilərə qarşı növbəti əməliyyat 09:30, Bu gün Traktor aşdı, 22 nəfər göldə boğuldu 09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xanın həbsinə qərar verildi 09:05, Bu gün Türkiyədə güclü yanğın 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57