Modern.az

Quba soyqırımı muzeyindən ən son görüntülər - FOTOSSESİYA

Quba soyqırımı muzeyindən ən son görüntülər - FOTOSSESİYA

29 Mart 2013, 09:40
Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba soyqırımı muzeyində tamamlanma işləri davam edir. Muzeyin bu ilin may ayında istifadəyə veriləcəyi planlaşdırılır.

Bu il martın 31-də ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının növbəti ildönümü olacaq. Bu vəhşi qətliamın sübutu olan Quba məzarlığında Heydər Əliyev Fondu tərəfindən möhtəşəm abidə kompleksinin tikintisi artıq bitmək üzrədir.

Qeyd edək ki, 30 dekabr 2009-cu ildə ölkə başçısı İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılması haqqında sərəncam imzalayıb.

Quba məzarlığında təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib.  

Modern.az Quba soyqırımı muzeyindən ən son görünüləri təqdim edir.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI