Modern.az “Parlament davaları” rubrikasında növbəti videogörüntünü təqdim edir. Budəfəki, deputat qalmaqalı Əfqanıstan parlamentində baş verib.
Videomaterialın qısa xülasəsi: Xanım deputat Nəzifə Kofi qanun layihəsinin müzakirəsində həmkarının replikasını həzm edə bilmir. Əsəblərinə hakim ola bilməyən N.Kofi sözlə kifayətlənməyərək həmcinsinə fiziki təcavüz edib, ona xəsarət yetirir. Əfqanıstan mediası məsələ ilə bağlı sorğu apararkən müsəlman qadını olaraq N.Kofinin bu hərəkətini ictimaiyyət xəcalətverici hal kimi dəyərləndirib.
Elçin AĞAYEV