Arxiv
5 Sentyabr 2022, 09:45 | REPORTAJ
"Gəlib boğazımızdan yapışırlar ki, niyə forma yoxdur" - BTE-dən REPORTAJ

Ölkədə tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər də övladlarını məktəbə yola salmaq üçün artıq hazırlıq görürlər. Məktəb hazırlığı da ilk olaraq məktəbli formalarının alınmasından başlayır. Bildiyimiz kimi bu il də yeni məktəbli formaları satışa çıxarılıb.

 

Yeni məktəbli formaları haqqında ətraflı məlumat öyrənmək üçün Modern.az-ın əməkdaşı "Bakı Tikiş Evi"nə üz tutub.

 

“Bakı Tikiş Evi” ASC-nin satış üzrə müdiri Etibar Əzimov deyir ki, BTE məktəbli formaları üçün məsul yer deyil:

 

"Biz bütün formaları tikmək öhdəliyini götürməmişik" 

 

“Biz Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin formalarını tikirik, əsas işimiz budur. Yeni məktəbli formalarını müəyyənləşdirərkən, birdən-birə 4 rəngdə geyimlərin tikilməsinə qərar verildi. Hər məktəb də bir rəng istəsə, bunu bir müssisə başa çatdıra bilməz. Nə nazirlik, nə də məktəblər dedi ki, biz filan rəng istəyirik. Məktəblər getdi tətilə, bir adam gəlib maraqlanmadı ki, nə olacaq, necə olacaq. Biz də gördük ki, gözləməkdən nəticə çıxmır, amma bu rənglərin ikisini tikib hazırlaya bilərik. Heç bir göstəriş olmadan boz və göy formaları tikdik. Amma bu gün gəlib “boğazımıza yapışırlar”, deyirlər ki, filan ölçü niyə yoxdur. Məktəbli formaları üçün məsul idarə biz deyilik. Deməmişik ki, bütün məktəbli formalarını həmişə istehsal edəcəyik. Mağazamıza gələn müəllimlərdən, valideynlərdən öyrəndik ki, göy və boza daha çox üstünlük verirlər ona görə də formaları o rəngdə istehsal etdik. Dörd rəngdə də formaları istehsal etməyə başlasaq, əsas işimiz qıraqda qalacaqdı”.

 

 

Şöbə müdirinin sözlərinə görə 3 düymə pololar yüz faiz pampıqdan olmalıdır:

 

“Şalvar və ətəklər 60% yun, 40% polestr olmalıdır. Bu materiallar təbii və qıtdır. Biz sifariş edirik, 45 gün ərzində o materiallar toplanılır. Sonra isə 15 gün ərzində bu materiallar rənglənir. İki və iki ay yarım əvvəldən bu parçalar sifariş olunmalıdır, ödəniş də əvvəlcədən ödənilməlidir. Şalvar və ətəklərin materialları həm Belarusiyadan, həm də Tükiyədən gətirilir. Özbəkistandan isə poloların materialları gətirilir. Bizim ölkəyə gətirilən parçaların hər biri o ölkələrdə də istifadə olunur. Bu gün 20 mindən çox məktəbli formasını tikib satışa vermişik, davamlı olaraq da bu işə davam edirik. Hesabımızla gün ərzində forma almaq üçün bura 200 nəfər gəlməli idi, ancaq 500 nəfər gəlir. Bunun səbəbi odur ki, direktorlar yuxarı sinif şagirdlərini qovurlar ki, gedin məktəbli fomrası alın. Nə qədər forma istehsal ediriksə, o qədərini də bazara çıxara bilirik. Bu il isə qışdan parçaları alıb, formaları tikib anbara yığacağıq. Yeni dərs sezonunda isə satışa çıxaracağıq. Gələn il göy və boz rəngdə bütün ölçülərdə formalar satışda olacaq. Əsas işimizə görə dörd rəngdə forma tikə bilməyəcəyik”.

 

 

E.Əzimov vurğuladı ki, bütün qollu və qolsuz pololar ölçü fərqi olmadan 14 manata satılır:

 

“Ölçülərə görə qiymət fərqi olsaydı, narazılıqlar olacaqdı. Bütün ətək və şalvarlar isə tək qiymətə 25 manata satılır. Ölçülər isə 26-44 arasındadır. Qış üçün isə toxunma jaket olacaq, o da 15-20 günə satışa çıxarılacaq. Jaketlərin qiyməti isə 27 manat olacaq. Formalar burada və “Bravo” marketlər şəbəkəsində satışa çıxarılır”.

 

Məktəbli forması alan valideynlərin də fikirlərini öyrənməyə çalışdıq.

 

Valideynlərdən biri Günay Zamanova aldığı məktəbli şalvarına 25 manat versə də, keyfiyyətin aşağı olduğunu deyir:

 

 

“Kasıb-kusubu göz qabağına gətirən yoxdur. Demirlər ki, bu qiymətə satırıq, heç olmasa keyfiyyəti yaxşı olsun, iki il geyinilsin. Keçən il uşağıma forma almışdım, amma məktəb deyir ki, təzəsi alınsın. Məcbur qalıb alırıq başqa çarəmiz yoxdur. Bu cür qiymət oxuyanların ürəyinə Allah xof salsın”.

 

Övladları üçün forma almağa gələn Nigar Mürsəlova bildirir ki, keyfiyyət yaxşı olan zaman qiymət də baha olur:

 

“Bir ailədə məktəbə üç uşaq yola salınırsa, hər şey çətin olur. Valideyn kimi borcluyuq ki, hər şeyin ən yaxşısını övladlarımız üçün edək. Hamı kimi mən də istərdim ki, dövlət tərəfindən çoxuşaqlı ailələrə hər hansı bir yardım göstərilsin. Bir məsələ də var ki, indi elə dövrdə yaşayırıq ki, tək uşaqlı ailəyə də kömək lazımdır. Məktəbli formalarının qiyməti və keyfiyyətindən hələlik razıyam”.

 

Qızı üçün uzaq yoldan məktəbli forması almağa gələn Rauf Əliyev jaketlərin satışa çıxarılmamasından narazıdır:

 

 

“Geyimlərlə bağlı heç bir şikayətimiz yoxdur. Bir az uzaq yoldan gəldiyimiz üçün hamısını alıb getmək istəyirdik, amma jaketlər hələ satışda yoxdur. Hər şeyin qiyməti bahlaşdığına görə formaların da qiymətinin bahalaşmasını normal hesab edirəm”.

 

Fotolar: Yusif Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Melia: "Saakaşvilini buna görə cəzalandırırlar" 11:29, Bu gün Rusiya Ukraynada 60 mindən çox hərbçisini itirib 11:19, Bu gün Futbol matçında iğtişaş: Ölü sayı 174-ə çatdı - YENİLƏNİB 11:10, Bu gün İran dronları Ukraynada məhv edildi  11:08, Bu gün 80 yaşlı milyonçu qadından inanılmaz JEST 11:00, Bu gün 4 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı 10:51, Bu gün Yasamalda avtomobil yandı 10:43, Bu gün Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün Yolu keçən 70 yaşlı kişini maşın vurdu 09:58, Bu gün İki aktrisa yol qəzasında həlak oldu 09:48, Bu gün İŞİD-çilərə qarşı növbəti əməliyyat 09:30, Bu gün Traktor aşdı, 22 nəfər göldə boğuldu 09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xanın həbsinə qərar verildi 09:05, Bu gün Türkiyədə güclü yanğın 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14