Arxiv
6 Sentyabr 2022, 15:56 | REPORTAJ
Qadınların rəhbərlik etdiyi ölkələr - SİYAHI

Dünyanın əksər ölkələrində hakimiyyət kişilər tərəfindən idarə olunsa da, son vaxtlar rəhbərliyə seçilən xanımların sayının artdığını görürük.

 

Dövlət başçısı postuna layiq görülən qadınların bir çoxu yenilikçi və effektiv liderlik bacarıqlarına görə digərlərindən fərqlənir. Onlar habelə ölkələrinin üzləşdiyi problemlərə unikal və operativ reaksiya verməklə, heç də kişilərdən geri qalmadıqlarını göstərməyə çalışırlar. 

 

Hazırda hansı ölkələrə xanım liderlər rəhbərlik edir? 

 

Modern.az bu suala cavab tapmaq üçün qadınlar tərəfindən idarə olunan məşhur ölkələri araşdırıb.

 

Böyük Britaniya

 

 

Ötən gün Liz Trass Böyük Britaniyanın yeni Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri seçilib. O, hökumət rəhbəri postu uğrunda seçkilərdə səs çoxluğu ilə qalib gələrək, Boris Consonun postuna sahib çıxıb.

 

Keçmiş dövlət katibi və Mühafizəkarlar Partiyasının yeni lideri Liz Trass 1975-ci ildə Oksfordda anadan olub, evlidir və iki övladı var. O, 1983-cü ildə Şotlandiyanın Peysli şəhərindəki məktəbin teatrında tamaşa zamanı ölkənin qüdrətli baş naziri və Mühafizəkarlar Partiyasının lideri Marqaret Tetçer rolunu oynayıb.

  

Trass həm siyasi mövqeyinə, həm də "dəmir ledi" kimi tanınan Marqaret Tetçeri təqlid etməsinə görə tez-tez diqqət mərkəzində olub. Mühafizəkarlar Partiyasının liderliyi üçün keçirilən ilk debatda Trassın geyindiyi paltarla 1979-cu ildə Marqaret Tetçerin geyindiyi paltar arasındakı oxşarlıq diqqət çəkib. Bu vəziyyət Trassın özünü Tetçerə bənzətməsinə dair şərhlərə səbəb olub.

 

Yunanıstan

 

Yunanıstanın hazırkı prezidenti Katerina Sakellaropuludur. O, 13 mart 2020-ci ildə prezident vəzifəsinə seçilib.

 

Sakellaropulou 30 may 1956-cı ildə Yunanıstanın Saloniki şəhərində anadan olub. Prezident seçilməzdən əvvəl Sakellaropulou Yunanıstanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurasının prezidenti vəzifəsində çalışıb. O, ölkənin ilk qadın prezidentidir.

 

Slovakiya

 

Zuzana Çaputova 15 iyun 2019-cu ildə Slovakiyanın prezidenti seçilib. O, üç ildir ki, hakimiyyətdədir. Çaputova ixtisasca hüquqşünas olsa da, daha çox ekoloji fəal kimi tanınır. O, Slovakiyanın beşinci prezidenti, eyni zamanda prezident postunu tutan ilk qadın, həmçinin Slovakiya tarixində 45 yaşında seçilən ən gənc liderdir. Çaputova 2019-cu ildə keçirilən prezident seçkilərində ikinci turda 58% səslə qalib gəlib. 

 

Gürcüstan

 

Salome Zurabişvili 16 dekabr 2018-ci ildə Gürcüstanın prezidenti seçilib. O, bu postda əyləşən ilk qadın liderdir. Zurabişvili 1952-ci il martın 18-də Fransanın Paris şəhərində gürcü siyasi qaçqın ailəsində anadan olub. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə Fransa və Gürcüstan prezidentlərinin qarşılıqlı razılaşması ilə Gürcüstan vətəndaşlığını qəbul edib və ölkənin xarici işlər naziri təyin olunub.

 

Moldova

 

Moldova Şərqi Avropada dənizə çıxışı olmayan ölkədir, prezidenti Maya Sandudur. O, 24 dekabr 2020-ci ildə ölkə başçısı seçilib və hələ də vəzifəsini icra edir.

 

Maya Sandu 24 may 1972-ci ildə anadan olub, 8 iyun 2019-cu ildən 14 noyabr 2019-cu ilə qədər Moldovanın baş naziri vəzifəsində çalışıb. 12 noyabr 2019-cu ildə Sandu hökuməti etimadsızlıq səsverməsindən sonra dağılıb. O, Moldovanın ilk qadın prezidentidir.

 

Nepal

 

Bidya Devi Bhandari 29 oktyabr 2015-ci ildə Nepalın prezidenti seçilib. O, 28 oktyabr 2015-ci ildə ölkənin parlament tərəfindən seçilən ilk qadın prezidenti olub. 

 

Bhandari 2009-cu ildən 2011-ci ilə qədər müdafiə naziri vəzifəsində çalışıb. O, həm də Nepalda ekoloji maarifləndirmə və qadınların hüquqlarının müdafiəsi üzrə fəal kampaniyaçı kimi yadda qalıb.

 

Tayvan

 


Tsai İnq-ven 20 may 2016-cı ildə Tayvanın prezidenti seçilib, hələ də hakimiyyətdə qalır. Tsai İnq-ven Tayvanın ilk qadın prezidentidir və ölkə tarixində hakim partiya tərəfindən prezidentliyə namizəd kimi irəli sürülən ilk qadın siyasətçi olub. O, 2016-cı il seçkilərində ilk prezidentlik müddətində rəqiblərinə böyük üstünlüklə qalib gəlib. 2020-ci il seçkilərində də postunda qalmağı bacarıb.

 

Sinqapur

 

Sinqapur Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsidir. Hazırda ölkəni qadın prezident Həlimə Yaqub idarə edir. O, 14 sentyabr 2017-ci ildə Sinqapurun prezidenti seçilib. Həlimə Yaqub həm də Sinqapur tarixinə düşən ilk qadın prezident titulunu daşıyır.

 

Barbados

 

 

Barbados Şimali Amerikada yerləşir. Ölkənin rəhbəri Sandra Meysondur. O, 30 noyabr 2021-ci ildə Barbados prezidenti seçilib. Meyson 17 yanvar 1949-cu ildə anadan olub. 2021-ci ildən Barbadosun ilk prezidenti vəzifəsini icra edən siyasətçi ixtisasca hüquqşünasdır. Eyni zamanda təcrübəli diplomatdır.

 

O, 2018-ci ildən 2021-ci ilə qədər Barbadosun səkkizinci, eyni zamanda sonuncu general qubernatoru, bu vəzifəni tutan ikinci qadın idi. 20 oktyabr 2021-ci ildə Meyson Barbados parlamenti tərəfindən ölkənin ilk prezidenti seçilib və 30 noyabr 2021-ci ildə Barbados konstitusiya monarxiyasını dayandıraraq respublikaya çevrildikdən sonra vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, prezidentliklə yanaşı, bir çox ölkələrdə Baş nazir vəzifəsini məhz xanım siyasətçilər icra edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Türk ordusu 23 terrorçunu məhv etdi 11:39, Bu gün Melia: "Saakaşvilini buna görə cəzalandırırlar" 11:29, Bu gün Rusiya Ukraynada 60 mindən çox hərbçisini itirib 11:19, Bu gün Futbol matçında iğtişaş: Ölü sayı 174-ə çatdı - YENİLƏNİB 11:10, Bu gün İran dronları Ukraynada məhv edildi  11:08, Bu gün 80 yaşlı milyonçu qadından inanılmaz JEST 11:00, Bu gün 4 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı 10:51, Bu gün Yasamalda avtomobil yandı 10:43, Bu gün Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün Yolu keçən 70 yaşlı kişini maşın vurdu 09:58, Bu gün İki aktrisa yol qəzasında həlak oldu 09:48, Bu gün İŞİD-çilərə qarşı növbəti əməliyyat 09:30, Bu gün Traktor aşdı, 22 nəfər göldə boğuldu 09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xanın həbsinə qərar verildi 09:05, Bu gün Türkiyədə güclü yanğın 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21