Modern.az

Liderlər yaşasaydılar, bu gün belə görünərdilər - FOTOLAR

Liderlər yaşasaydılar, bu gün belə görünərdilər - FOTOLAR

8 Sentyabr 2022, 11:04

Dünya tarixində iz qoymuş liderlər haqqında kitablardan əldə etdiyimiz məlumatlar onlarla bağlı gözümüzün önündə təsəvvürlər yaradır. Liderlər təkcə siyasi addımları, sensasiyalı sayılacaq qərarları ilə deyil, bəzən görünüşləri ilə də yadda qalmağı bacarırlar. Ehtimallara görə, zahiri görünüş insanın xarakterini və daxili aləmini əks etdirir. Bu fikrin nə qədər doğru olduğunu demək çətindir. Bəzən bunun tam əksini də müşahidə edə bilərik

 

Maraqlıdır, dünyadan köçmüş liderlər yaşasaydılar, bu gün necə görünərdilər?

 

Bunu canlandırmaq süni intellektin köməyi ilə mümkündür. Belə ki, ən məşhur Avropa liderlərini günümüzə gətirmək süni intellektlə daha əlçatandır.

 

Məsələn, İosif Stalin, Napoleon, Vilyam Van Oranje, eləcə də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vizual görüntülərini canlandırmaq elə də çətin olmayıb. 

 

Modern.az həmin görüntüləri təqdim edir:

 

Mustafa Kamal Atatürk

 

1881-1938-ci illərdə yaşamış Atatürk Türkiyə Cümhuriyyətinin qurucusudur.

 

İosif Stalin

 

O, 1924-cü ildən öldüyü günə qədər Sovet İttifaqına rəhbərlik edib. Stalin gürcü əsilli sovet dövlət xadimi və Sovet İttifaqı Kommunist Partiyasının baş katibi olub.

 

 

Qastavus Adolf

 

O, 1611-1632-ci illərdə İsveç Krallığını idarə edən hökmdar kimi tarixə düşüb. Adolfun hakimiyyətdə olduğu illər İsveçin Avropa üçün böyük əhəmiyyət qazanmağa və yüksəlməyə başladığı dövr kimi yadda qalıb.

 

 

William Van Orange

 

 “Səssiz William” olaraq tanınan Van Oranje Hollandiyanın (İndiki Niderland) mənəvi atası hesab olunur.

 

 

Jozef Pilsudski

 

O, Polşa Respublikasının ilk dövlət başçısı olub. Birinci və İkinci Dünya Müharibəsi zamanı Polşa və Avropa siyasi səhnəsinin ən mühüm simalarından biri kimi xatırlanır.

 

 

Napoleon Bonapart

 

1848-1852-ci illər arasında Fransanın prezidenti vəzifəsini icra edib. Daha sonra respublikanı devirərək, imperiya elan edib.  

 

 

Cüzeppe Qaribaldi

 

O, italyanlar üçün ölkənin ən böyük qəhrəmanı hesab edilir. İtaliyanın birləşməsində Cüzeppe Qaribaldi böyük rol oynayıb.

 

 

I Elizabet

 

17 noyabr 1558-ci ildən 24 mart 1603-cü ilə qədər - 45 il İngiltərə kraliçası olub.

 

VIII Henri

 

O, 1509-1547-ci illərdə İngiltərə kralı olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır