Arxiv
12 Sentyabr 2022, 11:20 | REPORTAJ
Bakının köhnə yerləri: “Papanin sevgisi”ndən qurtula bilmirik...
Bakının köhnə yerləri: “Papanin sevgisi”ndən qurtula bilmirik...

Bakıda bir köhnə məhəllə var, adını çoxdan dəyişdiriblər, amma hamı bu məşhur yeri “Papanin” kimi tanıyır. Bütün rəsmi sənədlərdə isə bura “Cəlil Məmmədquluzadə küçəsi” kimi qeyd olunur...

 

Qeyri-rəsmi olaraq “Papanin məhəlləsi” kimi tanıdığımız bu məkanın məşhur olmağının bir neçə səbəbi var. Məsələn, hərbi hospitalın həmin küçədə yerləşməsi və sovet dövründən, hətta indi də orada narkotik vasitələrin şıdırığı satışı buranı nəinki Bakı, hətta respublika miqyasında məşhurlaşdırıb.

 

Modern.az saytı “Bakının köhnə yerləri” rubrikasında vaxtilə paytaxt sakinləri arasında məşhur olmuş və hələ də unudulmayan adlardan bəhs edir.

 

Bu dəfə “Papanin məhəlləsi”ndən, daha doğrusu Papaninin kim olmağından bəhs edirik.

 

Dar küçələr, ensiz dalanlar, bir-birlərinə bitişik alçaq həyət evləri... Köhnə “Papanin” məhəlləsində bu mənzərə hakimdir. Doğrudur, son illər burada az-çox dəyişikliklər həyata keçirilib, amma köhnəlikdən qurtulmağ üçün görüləsi işlər hələ çoxdur.

 

Ərazini “Papanin” adlandıranların əksəriyyəti isə bu şəxsin kimliyindən xəbərsizdir. Hətta məhəllənin yaşlı sakinləri arasında “Papanin”in vaxtilə burada yaşamış “nüfuzlu” bir şəxs olduğunu iddia edənlər də var. Guya, köhnə sovet dövründə məhəllədə "papa" ləqəbli bir kişi varmış, ən təmiz narkotik də onda olurmuş. Kim narkotik almaq istəyirmişsə, bu “avtoritet”ə müraciət etməliymiş... Elə o vaxtdan da buranın adı “Papanin” kimi qalıb.  Əlbəttə, bu, narkomanların uydurduğu “nağıldır”. Di gəl ki, bu “nağıl”a inananlar az deyil...

 

Yeri gəlmişkən, mətbuat Daxili İşlər Nazirliyinin gündəlik kriminal xəbərlərini yayarkən “Cəlil Məmmədquluzadə küçəsi” - “Papanin məhəlləsi” sözlərinə tez-tez yer verməli olur... Bu xəbərlərdə narkotik satıcılarının, ya da narkotik istifadəçilərinin saxlanılmağından bəhs olunur.

 

Bəs əslində Papanin kim olub?



Bilməyənlərə agah olsun ki, İvan Dmitriyeviç Papanin sovet ictimai-siyasi xadimi olub. 1894-1986-cı illərdə yaşamış İ.Papanin coğrafiya elmləri doktoru, kontr-admiral, iki dəfə Sovet İttifaqı Qəhrəmanıdır.


O, Şimal qütbünü tədqiq edən ilk sovet alimlərindən biri idi. İ.Papanin matros ailəsində doğulmuşdu.1915-ci ildən çar donanmasında xidmət edən bu şəxs 1917-ci ildə “qırmızılar”ın tərəfinə keçərək, vətəndaş müharibəsində fəal iştirak etmişdi. Vətəndaş müharibəsindən sonra, 1919-21-ci illərdə Krım Fövqəladə Komissiyasının rəisi, 1921-ci ildə Xarkovun hərbi komendantı olmuş, 1923-32-ci illərdə Xalq Rabitə Komissarlığında işləmişdi. Həmin dövrdə ağqvardiyaçılarla mübarizənin fəallarından olan Papaninin də əlləri Frunzenin rəhbərliyi və göstərişi ilə qətlə yetirilən 60 minə yaxın insanın qanına bulaşmışdı.


O, 1939-46-cı illərdə “Kulak” düşərgələrinin təchizatında mühüm rol oynamışdı. Həmin illərdə İvan Papanin Baş Şimal Dəniz Yollarının rəisi vəzifəsində işləmişdi.


1949-1951-ci illərdə SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutu direktorunun ekspedisiyalar üzrə müavini, 1969-cu ildən ömrünün sonuna kimi SSRİ Elmlər Akademiyasının Dəniz Ekspedisiyasının Kosmik Tədqiqatlar Xidmətinə rəhbərlik etmişdi.


1986-cı ildə vəfat etmiş İ.Papanin Moskvada dəfn olunub. Onun adı hələ sağlığında SSRİ-nin bir çox şəhərində əbədiləşdirilmiş, küçə və meydanlara, yaşayış massivlərinə verilmişdi.


Bakının Nəsimi rayonunda hərbi hospitalın yerləşdiyi küçəyə də İvan Papaninin adı verilmiş və bu ərazi uzun müddət “Papanin məhəlləsi” kimi tanınmışdı...


“Papanin körpüsü”, “Papanin hospitalı”, “Papanin küçəsi” sözlərini az qala indi də hər gün eşitməli oluruq. Etiraf etməliyik ki, “Cəlil Məmmədquluzadə” adı “Papanin”i hələ ki beyinlərdən tamamilə sıxışdırıb çıxara bilmir. Görünür buna hələ xeyli zaman lazım olacaq...

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:45, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:37, Bu gün Sabiq rəis vətəndaşı 5500 manata FHN-də "işə düzəldirmiş" 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün