Modern.az

Bir şəklin tarixçəsi - Oğlunun tabutunu daşıyan şəhid ANASI

Bir şəklin tarixçəsi - Oğlunun tabutunu daşıyan şəhid ANASI

Reportaj

16 Sentyabr 2022, 11:28

Yenə şəhidlər verdik, Vətən, bayraq, torpaq uğrunda canlarını fəda edən 71 qəhrəman son mənzilə uğurlandı… Yenə şəhid analarının dik, məğrur duruşuna, mətanətli davranışına şahid olduq…

Zaqatalada şəhid anasının oğlunun tabutunı daşıması isə bütün Azərbaycanı qürurlandırdı…Hər bir şəhidimizin ağrı-acısı içimizi göynədir, incidir. Amma ən çox əziyyət çəkən şəhidlərimizin analarıdır.

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında Vətən uğrunda övlad itirmiş şəhid anasının fotosunu təqdim edir.

Zaman 14 sentyabr 2022-ci il… Məkan Zaqatala rayonunun Yuxarı Tala kəndi… Azərbaycan Silahlı Qüvvələrinin şəhid leytenantı Sərxan Mübariz oğlu Ömərov son mənzilə yola salınır.

Şəhidi son mənzilə yola salan ana oğlunun tabutunu daşımaqla necə güclü, mətanətli, məğrur olduğunu nümayiş etdirdi… Qəlbi parçalanan, içi övlad ağrısı ilə alışıb-yanan ana üçün canından çox sevdiyi oğlunu əbədiyyətə yola salmaq asan olmadı. Amma o dik dayandı, sınmadı, əyilmədi…
Vətən uğrunda şəhid olan oğlunu cənnətə göndərərkən düşməni  sevindirmədi…

23 yaşlı, iki bacının tək qardaşı, nişanlı oğul şəhid oldu, müqəddəsləşdi…

Qarşında baş əyirik şəhid anası…



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı