Modern.az

Goranboyun icra başçısı: “Onun həbsində heç bir rolum yoxdur” - AÇIQLAMA

Goranboyun icra başçısı: “Onun həbsində heç bir rolum yoxdur” - AÇIQLAMA

8 Aprel 2013, 20:14

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son zamanlar ölkə mediasında  barəsində yazılanlara münasibət açıqlayıb. Modern.az-ın məlumatına görə, icra başçısı rayonda həbs edilən Müqayis Verdiyevin mətbuatdakı çıxışlarına da fikirlərini bildirib: 

“Təəssüf ki, Azərbaycanda söz və media azadlığından istifadə edən bəzi mətbuat orqanları bir xəbəri yayarkən dəqiqləşdirmə aparmırlar. Bəzən isə bir sıra hallarda qəsdən şüurlu şəkildə yalan, böhtan məlumatlar yayırlar. Mən birmənalı olaraq, bildiriəm ki, barəmdə yazılan son məqalələrin heç birisi həqiqəti əks etdirmir. 

Goronboy rayonunda abadlıq, quruculuq işində onlarla tikinti  təşkilatları iştirak edir. İndiyə qədər heç birindən narazılıq hallar olmayıb. Hər bir iş şəffaf şəkildə aparılır. Bizim məqsədimiz rayonumuzu yeniləşdirərək, müasir səviyyəyə çatdırmaqdır. Bu gün Goronboyda su, kanalizasiya sistemi yenidən qurulur. Müasir səviyyədə olan obyektlər tikilir. Sahibkarlar üçün hər bir şərait  yaradılıb. İşimizdən də yerli əhali razıdır. Ortaya çıxan bu söz-söhbətlər isə qərəzin ifadəsidir. 

Kimsə öz əməlinə görə məsuliyyətə cəlb  olunubsa, buna icra başçısı nə etməlidir? Hər kəsin qanun qarşısında məsuliyyəti var. Dediyiniz şəxsin həbs olunmasının isə mənim heç bir rolum yoxdur. O adam başqaları kimi abadlıq-quruculuq prosesində iştirak edib və pulunu da alıb. İndi kimsə şantaja əl atırsa buna kimsə inanmaz. 

Həmin adam hələ bir neçə il əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb.Bu adam 12 il həbsxanda olub.  İndiki həbsi də öz əməlinin nəticəsidir və mənə heç bir aidiyyatı yoxdur. 

Oğlunun ölkədən qaçması barədə xəbərə gəlincə, Nizaməddin Quliyev bildirdi ki, bu barədə yazılanlar böhtandır: “Mənim oğlum hal-hazırda Bakıda öz işi ilə məşğuldur. Onunla bağlı yayılan məlumat yalandır. Oğlum niyə ölkədən qaçmalıdır ki?  Onun  rayondakı işlərlə heç bir bağlılığı yoxdur. O Bakıda işləyir. Bu gün “Fəqan Xidmət” adlı şirkəti oğluma bağlayırlar. Bunu bilmək üçün həmin şirkətin kimə məxsus olması barədə Vergilər Nazirliyinə sorğu versinlər. Yoxsa, araşdırma aparmadan ağlına gələni yazmaq da doğru deyil”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI