Modern.az saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.
Rubrukanın budəfəki təqdimatı Latviya Respublikasının birinci xanımı Datse Seysuma haqqındadır. Prezident Andris Berzınşin həyat yoldaşı Datse xanım ixtisasca həkim-endokrinoloqdur.
Latviyanın dövlət başçısı Andris Berzınş xanım Datse Seysumayla prezident vəzifəsinə seçildikdən sonra rəsmi nikaha girib. Nikaha kimi isə onların məktəb yaşına çatmış bir oğulları artıq var idi.
Andris Berzınş prezident seçildikdən sonra birinci ledi ilk dəfə publika qarşısna Riqa günlərinə həsr olunmuş bayram konsertində çıxıb...
39 yaşlı Datse Seysuma ictimaiyyət qarşısına çıxdğı ilk andan etibarən öz gözəlliyilə bütün Latviya xalqını valeh edib. Hazırda da Latviyada çoxları onun gözəlliyi, sadəliyi, geyim seçimi, zövqü haqqında danışırlar. Ölkənin birinci kanalının teleparcısı isə Datse Seysumanı tamaşaçılara təqdim edərkən “bu xanım Latviyanın indiyə kimi gördüyü ən zərif, ən gözəl birinci ledisidir” deyib.
Xanım Datse Seysuma heç bir stilist məsləhətindən istifadə emir, o geyimlərini özü seçir, qarderobundakı bütün paltarları öz zövqü ilə bəyənir.
Latviyanın birinci xanımı saç stili və makiyajı ilə də ideal bir qadın olaraq ölkəsində xarakterizə olunur.
Nümunəvi davranışları ilə də seçilən xanım Datse Seysuma ölkəsinin nin bütün etiket mütəxəssislərindən də əla qiymət alıb.
O, hətta əri prezident seçiləndən sonra davranışında, geyimində, bir sözlə, xarici görünüşündə ciddi dəyişiklik etməyib. Datse Seysuma jurnalistlər qarşısına ilk dəfə sadə, yüngül yay donunda və çox adi bir ayaqqabıda çıxanda media əhli bundan təəccüblənib. Jurnalistlərin dediyinə görə, birinci xanımın üzündəki makiyaj o qədər az olub ki, bu hətta diqqəti cəlb etmirmiş.
Bu görüş zamanı jurnalistlərdən biri birinci lediyə çox maraqlı bir sual verib. Soruşub ki, “birinci xanımın evində qulluqçu varm?”. Maraqlı sualın maraqlı da cavabı olub:
- Yoox, siz nə danışırsınız, nə qulluqçu... Təmizlik, yemək bişirmək, paltar yumaq.., bunlar hamısı mənim özümün öhdəmdədir. Hələ üstəlik həftəsonları şəhər kənarındakı bağ evimizə gedirik, orada da mənim işlərimin üstünə bağ-bağça təmizləmək əlavə olunur.
Xanım Datse Seysuma belə gözəl bədən quruluşuna sahib olmasının sirlərindən danışarkən yoqa və idmana borclu olduğunu bildirib.
Bir başqa məsələ isə xanlm Datse Seysuma ilə onun həyat yoldaşı – prezident Andris Berzınş arasnda yaş fərqi ilə bağlıdır. Belə ki, birinci ledi prezidentdən nə az, nə çox düz 30 yaş balacadır. Lakin Datse xanım bildirib ki bu, onlar üçün heç də aktual bir mövzu deyil.
- Yaş heç nə demək deyil, əsas yaşayan insanlardır və onları birləşdirən səbəb və ya səbəblərdir. Mən ərimi çox sevirən o çox ağıllı insandır. O, mənim bu yaşma qədər tanıdığm ən məntiqlı insandır. Hərdən mən çətin tibb kitablarını oxumaqda əziyyət çəkəndə Andris mənə deyirdi ki, “sən ancaq özünə lazm olan məlumatı götür, qalan artıq informasiyaya ilə beynini yükləmə”.
Amma birinci ledi Latviya mediasına müsahibəsi zamanı prezidentdən gileylənməyi də unutmayıb.
- O heç romantik deyil və bir dəfə də olsun mənə gül verməyib.
Birinci ledinin maraqları arasında tennis, yoqa, pilates (fiziki hərəkətlər), tibbi ədəbiyyat xüsusi yer tutur.
Latviyanın birinci ledisinin anası həkim atası isə aqronomdur.
«Mənim anam həkimdir Öz vaxtilə ağ ciyət xəstəlikləri xəstəxanasının baş həkimi idi. Uşaqlqda biz qardaşlarımla xəstəxanaya anamzın yanına gedərdik. O zamanlar düşünürdüm ki, mən həkim olmaq istəmirəm və heç vaxt da həkim olmaram. Lakin orta məktəbi bitirdikdən sonra Tibb Akademiyasına daxil olmaq istəsəm də, kimya fənnindən qorxduğumdan imtahana getmədim. Çünki özümü imtaha hazır hiss etmirdim, rəqabət çox böyük idi. Elə həmin ildə-1991-ci ildə mən Tibb Kollecinə daxil oldum. Orada 3 il təhsil aldığım müddətdə tələbəliklə paralel olaraq, sanitar işləyirdim, sonra isə tibb bacısı oldum. Mən əslində çox şad idim ki, tibb sahəsində ən aşağı işdən başlamışdım. Çünki belə halda tibb sahəsini daha yaxşı görmək olur. Tibbin asan və çətin cəhətləri çox yaxşı görünür”
Xanım Datse Seysumanın anası hazırda təqaüdçüdür, atası isə öz vaxtnda kolxoz aqronomu olub. Hazırda birinci ledinin valideynləri kənddə yaşayır. Datse Seysumanın iki qardaşı var.
Latviyanın birinci ledisi Datse Seysuma müsahibələrinin birində prezident seçkiləri zamanı harada olduğunu belə təsvir edib:
”Seçkilər günü mənim klinikada çox işim var idi. Bəlkə də mən bunu psixoloji olaraq özüm bilə-bilə edirdim ki, başımı qatım və həyəcanımı boğum.
Günün ikinci yarısında mənə heç kəs zəng eləmədi və mesaj yazmadı. Və mən artıq başa düşdüm ki, Andris seçilib. Çünki əgər o seçilməsəydi, mənə zəng edərdi. Əslində mən onun seçilməsini istəmirdim. O gündən yaşadığım stress və diskomfort hələ də davam edir.
Andris prezident seçiləndə ona dedim ki, təbii olaraq hər bir qadin kimi mən də ərimlə fəxr edirəm. Bu hadisə qürurverici bir olaydır, lakin sən seçilməsən də mən yenə də sevinərdim”.
Datse Seysumanın ərinin prezident seçilməsindən sonra da öz işində qalması və fəaliyyətini əvvəlki kimi davam etdirməsi Latviyada çoxlarına qəribə gəlib.
- Andris öz vəzifəsində işləyəcək, mən də öz vəzfəmdə. Bunu ona dedim, o da qəbul etdi. O çox güclüdür, yanında ikinci bir adamın kölgə olmağına ehtiyacı yoxdur.
Siz başa düşürsünüz, prezidentin 4 illik səlahiyyət müddəti mənim və yeganə övladımın həyatında çox vaxt deməkdir. Mən bu illərimizi itirmək istəmirəm və buna görə də ərimin siyası karyerasına qarışmaq niyyətim yoxdur.
Mənim işim mənim üçün üçün çox əzizdir, o övladım kimidir. Mən həyatımdan zövq alıram və ərimi çox sevirəm.
Ltviyanın birinci xanımı Datse Seysumanın prezident Andris Berzınşlə evliliyindən yuxarıda da qeyd ettiyimiz kimi bir oğlu var. Kristaps 6 yaşındadır və bağçaya gedir. O çox istedadlı uşaqdır, lakin istedadı nə atasının tutuğu siyasətə, nə də anasının işlədiyi tibb sahəsinədir, Kristaps incəsənətə meyl edir. Balaca oğlan mahnılar oxuyur, rəqs edir və inglis dili öyrənir.
”Artq informasiya ilə uşağı yükləmək lazım deyil”-deyə birinci ledi oğlu barədə danışarkən qeyd edib.
Günəş FƏRHADLI