Modern.az

Ucaboylu dövlət başçıları - Putinlə Zelenski eyni boydadır, Əliyev isə MDB-nin ən hündür prezidentidir - SİYAHI

Ucaboylu dövlət başçıları - Putinlə Zelenski eyni boydadır, Əliyev isə MDB-nin ən hündür prezidentidir - SİYAHI

Reportaj

5 Oktyabr 2022, 13:26

Dünyanı idarə edən prezidentlərlə bağlı şəxsi məlumatlar hər zaman maraq doğurub. Məsələn, götürək elə dövlət başçılarının boyunu… Bəzi xarici informasiya resursları zaman-zaman “prezidentlərin boyu nə qədərdir” sualına cavab tapmaq üçün araşdırmalar aparıb.

 

Modern.az saytı bəzi xarici resurslarının informasiyaları əsasında dünyanın ən ucaboylu dövlət başçılarının siyahısını dəqiqləşdirməyə çalışıb.

 

Məlum olub ki, hazırda dünyada ən hündür dövlət başçısı Serbiya prezidenti Aleksandr Vuçiçdir. O, 1 m 99 sm boya malikdir.

 

İkinci yerdə Niderlandın baş naziri Mark Ryuttedir, onun boyu 1 m 93 sm-dir.

 

Siyahıda üçüncü yeri iki dövlət başçısı bölüşür: Rumıniya Prezidenti Klaus Yohannis (192 sm) və Litva Prezidenti Gitanas Nauseda (192 sm).

 

Dünyanın ən ucaboylu dövlət rəhbləri arasında Suriya prezidenti Bəşər Əsəd (189 sm), İspaniyanın Baş naziri Pedro Sançes (190 sm), Kanadanın baş naziri Castin Trudo (188 sm), Azərbaycan prezidenti İlham Əliyev (188 sm), Sloveniya prezidenti Borut Pahor (187 sm), Çexiya prezidenti Miloş Zeman (187 sm), Bolqarıstan prezidenti Rumen Radev (187 sm), Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (185 sm) da var.

 


Serbiya və Azərbaycan prezidentləri...

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev (188 sm) MDB ölkələrinin liderləri arasında ən ucaboy prezidentdir. MDB-də digər hündür dövlət başçıları Belarus prezidenti Aleksandr Lukaşenko (182 sm) və Tacikistan prezidenti Emomali Rahmondur (180 sm).

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana gəlincə ölkəsində ona “Uzun adam” ləqəbi də verilib və onun özü də belə çağırılmağından xoşlanır. Hətta qardaş ölkədə prezidentin şərəfinə “Uzun adam Ərdoğan” adlı mahnı da qoşulub. İngiliscə yazılan mahnı (“Erdogan, a Tall Man”) hakim Ədalət və İnkişaf partiyasının (AKP) sosial şəbəkə hesablarında da yayımlanıb.

 

Daha bir maraqlı məlumat hazırda müharibə aparan iki dövlət rəhbərinin eyni boya sahib olmalarıdır: Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin – onların hər ikisinin boyu 1 m 70 sm-dir.

 

Modern.az saytı dövlət başçılarını boy sıralamasını təqdim edir:

 

Serbiya prezidenti Aleksandr Vuçiçdir – 199 sm
Niderlandın baş naziri Mark Ryutte – 193 sm
Litva prezidenti Gitanas Nauseda – 192 sm
Rumıniya prezidenti Klaus Yohannis – 192 sm
İspaniyanın baş naziri Pedro Sançes – 190 sm
Suriya prezidenti Bəşər Əsəd – 189 sm
Kanada baş naziri Castin Trudo – 188 sm
Azərbaycan prezidenti İlham Əliyev – 188 sm
Sloveniya prezidenti Borut Pahor – 187 sm
Çexiya prezidenti Miloş Zeman – 187 sm
Bolqarıstan prezidenti Rumen Radev – 187 sm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  - 185 sm
Braziliya prezidenti Jair Bolsonaru – 185 sm
Belarus prezidenti Aleksandr Lukaşenki – 182 sm
Polşa prezidenti Anjey Duda – 182 sm
ABŞ prezidenti Co Bayden 182 sm
Çin Xalq Respublikasının sədri Si Cinpin – 180 sm
Tacikistan prezidenti Emomali Rahmon – 180 sm
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev – 178 sm
Qırğızıstan prezidenti Sadır Jarapov – 177 sm
Fransa prezidenti Emmanuel Makron – 175 sm
İndoneziya prezidenti Coko Vidodo – 175 sm
Şimali Koreya lideri Kim Çen In - 170 sm
Ukrayna prezidenti Volodimir Zelenski – 170 sm
Rusiya prezidenti Vladimir Putin – 170 sm


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər