Modern.az

Bir şəklin tarixçəsi: Putinin “qalstuksuz sammit”inə getməyən İKİ PREZİDENT

Bir şəklin tarixçəsi: Putinin “qalstuksuz sammit”inə getməyən İKİ PREZİDENT

Reportaj

19 Oktyabr 2022, 13:24

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir fotoşəkil 21 il öncə lentə alınıb.

Zaman 2001-ci ilin 2 avqustu... Məkan Rusiyanın Soçi şəhəri...


MDB-nin Soçidə keçirilən qeyri-rəsmi sammitinin iştirakçıları “qalstuksuz görüş”ə toplaşıblar:

Soldan sağa - birinci cərgə: Azərbaycan Prezidenti Heydər Əliyev, Moldova Prezidenti Vladimir Voronin, Tacikistan Prezidenti Emomali Raxmon, Ukrayna Prezidenti Leonid Kuçma, Rusiya Prezidenti Vladimir Putin, Özbəkistan Prezidenti İslam Kərimov, Belarus Prezidenti Aleksandr Lukaşenko;


Arxa fonda soldan sağa: Qırğızıstan Prezidenti Əsgər Akayev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Ermənistan Prezidenti Robert Köçəryan.


Prezidentlərin görüşü Soçi yaxınlığındakı dağlıq ərazidə yerləşən və çay plantasiyaları ilə əhatə olunmuş mənzərəli “Çay evləri” turizm kompleksində baş tutub.

Putin “qalstuksuz sammit”ə 12 dövlət başçısını dəvət etsə də, 2 nəfər müxtəlif bəhanələrlə Soçiyə gəlməkdən yayınıb: Türkmənistan Prezidenti Saparmurad Niyazov və Gürcüstan Prezidenti Eduard Şevardnadze.

O vaxtkı mətbuatın yazdığına görə, MDB-nin perspektivinə inanmayan Saparmurad Niyazov sammitə getməməsinin səbəbini belə izah edib: türkmən xalqının mənəvi əsasları haqqında “bestseller” yazır, zamanı yoxdur.

Gürcüstan Prezidenti Eduard Şevardnadzenin imtinası isə daha əsaslı olub: telejurnalist Georgi Sanainin ölümü ilə bağlı yas mərasimlərində iştirak edir.

Sammitin sonunda Qazaxıstan prezidenti Nursultan Nazarbayev bütün həmkarları adından görüşün yaxşı təşkilinə görə Vladimir Putinə təşəkkür etmiş və MDB-nin müasir tarixdəki rolunu önəmsəmişdi.
 

Prezidentlərin görüşü “qalstuksuz format”da keçirməsi o zaman MDB-dəki problemlərin həlli baxımından müsbət hadisə kimi qiymətləndirilmişdi.

Lakin zaman göstərdi ki, bu qiymətləndirmə yanlış imiş. MDB-dəki problemlər nəinki həll edildi, əksinə, sonralar daha da alovlandı...


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi