Modern.az

RUBRİKA: “Gündəm-Karikatura”: Siyasətçi-şair davası... Rəqsanənin günahı nə..?

RUBRİKA: “Gündəm-Karikatura”: Siyasətçi-şair davası... Rəqsanənin günahı nə..?

18 Aprel 2013, 11:07

ADP sədri Sərdar Cəlaloğlunun xalq şairi Səməd Vurğun barəsində işlətdiyi “dılğır” ifadəsi böyük qalmaqala səbəb olub. S.Cəlaloğlu bu ifadəni “Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni elan edib” fikrini səsləndirərkən demişdi.

Xalq şairinin oğlu Vaqif Səmədoğlu, həmçinin qələm əhlinin bir sıra nümayəndələri ADP sədrini bu ifadəyə görə “topa tutublar”. V.Səmədoğlu bildirib ki, o, müğənni Rəqsanə ilə Sərdar Cəlaloğlu arasında heç bir fərq görmür:

”Sərdar mənim üçün Rəqsanə kimi bir şeydir”.

Sərdar Cəlaloğlu da V. Səmədoğluna elə eyni tonda cavab verib: “Məni Rəqsanə ilə müqayisə edir, amma faktiki olaraq Vaqif Səmədoğlunun özü Rəqsanədir”.

Maraqlıdır, niyə axı məhz Rəqsanə? Tərəflərin bir-birlərini “Rəqsanə” sözü ilə aşağılamağa çalışması təəccüb doğurur... Buradan belə çıxır ki, onlara görə “Rəqsanə” sözü aşağılanmağı ehtiva edir... Yazıq Rəqsanə...

Modern.az saytının “Gündəm-Karikatura” rubrikasında təqdim etdiyi növbəti kollajda müəllif bu söz atışmasını təsvir etməyə çalışıb.


A.Qorxmaz

***

Həmçinin oxu

Modern.az-da yeni RUBRİKA: “Gündəm-Karikatura”
//modern.az/articles/36177/1/

RUBRİKA: “Gündəm-Karikatura” - “Kişidi bu..”
//modern.az/articles/36205/1/


RUBRİKA: “Gündəm-Karikatura” - Bakıya gələn Ronaldo: “Uydad, necə xoşbəxtəm!..”
//modern.az/articles/36263/1/

RUBRİKA: “Gündəm-Karikatura” - Müğənnilərin mərhum sənətkarın ruhunu narahat etməkləri...
//modern.az/articles/36294/1/

RUBRİKA: "Gündəm-Karikatura" - "Kiminsə şikayəti var..?"
//modern.az/articles/36328/1/

RUBRİKA: “Gündəm-Karikatura” - Berti Foqts: "Bu da mənim sürprizim"
//modern.az/articles/36583/1/

RUBRİKA: “Gündəm-Karikatura” - Hacıbala Abutalıbovun şeytanı mələyə çevirmək istəyi...
//modern.az/articles/36583/1/


“Gündəm-Karikatura”: Sərkisyanla Ovannisyanın Avropanı avam yerinə qoymağı...
//modern.az/articles/37095/1/

RUBRİKA: “Gündəm-Karikatura”: Əkrəm Əylisli: “Hə, necədi sizin üçün?!..
//modern.az/articles/37261/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI