Modern.az

226 saylı məktəbin direktoru şagirdlərlə müəllimin videosundan danışdı - VİDEO

226 saylı məktəbin direktoru şagirdlərlə müəllimin videosundan danışdı - VİDEO

22 Aprel 2013, 11:10

226 saylı orta məktəbdə 11-ci sinif şagirdlərinin müəllimin qarşısında rəqs etməsini görüntüləyən videomaterialın Youtube sosial şəbəkəsində yerləşdirilməsi geniş müzakirəyə səbəb olub.

Modern.az saytı məsələylə bağlı 226 saylı orta məktəbin direktoru Əli Məmmədovdan münasibət öyrənib. Direktor hadisə barədə bunları deyib: “O hadisə 2011-ci ildə olub və həmin şagirdlər də artıq əsgərliyə gedib, qayıdıblar”.

Ə.Məmmədov qeyd edib ki, bu rəqs dərs əsnasında baş verməyib. “Şagirdlər son zəngə hazırlaşırlar və onlardan 4-5 nəfəri dərsdən sonra qalıb rəqs məşqi edirlər. Onların yanındakı müəllim də sinif rəhbəri, riyaziyyat müəllimi Abbasov Ziyyəddindir”.

Məktəb direktoru müəllimin şagirdlərə yerlərində oturması barədə irad bildirməsinə belə aydınlıq gətirib.
“Şagirdlər böyük zalda məşq etmək istəyirmişlər. Bu isə mümkün olmadığından müəllim onlara deyib ki, elə otaqda məşq etsinlər, özü də onlara nəzarət edəcək. Yəni dərs prosesində olmayan hadisədir və 3 il bundan qabaq baş verib”.

 



Aytən ƏLİYEVA
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI