Yerli telekanallar bir-birinin ardınca xalq artisti Nazpəri Dostəliyevaya efir qadağası qoyur. Yayılan məlumatlara görə, “Space”, AzTV və “Lider” telekanalları xanım Dostəliyevaya qırmızı işıq yandırıb. Bu telekanalların rəhbərliyi dolayı yollarla müğənniyə çatdırıblar ki, efirə buraxılmayacaq.
Nazpəri Dostəliyevaya efir qadağasının tətbiq olunması isə onun xalq artisti İlhamə Quliyeva ilə konfliktə girməsi və bu günlərdə Müsavat Partiyasının sədri İsa Qəmbərin oğlunun toyunda iştirak etməsi göstərilir.
Deyilənə görə, İlhamə Quliyeva bununla Nazpərini cəzalandırır ki, onunla kəllə-kəlləyə gəlmək hər müğənninin işi deyil.
Modern.az saytının “Gündəm-Karikatura” rubrikasında təqdim etdiyi növbəti kollajda müəllif Nazpəri Dostəliyeva ilə telekanallar arasındakı insidenti təsvir etməyə çalışıb.
A.Qorxmaz