Modern.az

2022-ci il... - Danışır FOTOLAR

2022-ci il... - Danışır FOTOLAR

8 Dekabr 2022, 15:04

Daha bir ilin sonuna yaxınlaşırıq... 

 

12 ay ərzində nə etdiyimiz, nələr qazandığımız, öhdəsindən gəldiyimiz və gəlmədiyimiz hər şeyi təhlil edib, özümüzə hesabat verməyin vaxtıdır. 

 

Geridə qoymağa hazırlaşdığımız 2022-ci il dünyada səs-küy doğuran bir çox hadisələrlə yadda qalacaq.

 

İran küçələrində hicaba yox deyən qadınların azadlıq harayı, Ukraynada qulaqlardan çəkilməyən rus tanklarının vahiməli səsi, meyitlərlə dolu küçələr, isti evindən didərgin düşən əliyalın insanlar... 

 

2022-ci ili təxminən belə təsəvvür etmək olar. Lakin elə anlar var ki, onu sözlər belə ifadə etməkdə acizdir, görüntü özü hər şeyi deyir.

 

Elə isə gəlin, son günlərini yaşadığımız ilə fotolarla nəzər salaq...

 

Modern.az ilin ən yaddaqalan şəkillərini təqdim edir:

 

 

Bu ilin ilk xoşagəlməz hadisəsi Türk dövləti olan Qazaxıstanda baş verib. Yanvarın 6-da Qazaxıstanın Almatı şəhərinin mərkəzində yanacaq qiymətlərinin artırılmasına etiraz olaraq başlayan aksiyalar nəticəsində şəhər bir anda qan gölünə çevirilib. 

 

 

İlin ən böyük hadisəsi Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Fevralın 24-də lentə alınan fotoda Rusiyanın raket zərbələrindən sonra Kiyev sakinlərinin şəhəri tərk etdiyi görünür.

 

 

Sentyabr ayında İranda Məhsa Əmini adlı qızın öldürülməsindən sonra qadınların molla rejiminə qarşı azadlıq hərakatı başlayıb. Fotadakı qadın əxlaq polisinə məhəl qoymayaraq, Məhsa Əmininin 40-cı gününü qeyd etmək üçün maşının üstündə dayanaraq etirazını bildirib.

 

 

Yaponiya dünyada təhlükəsizlik baxımından ilk sıralarda yer alsa da, ilin ən səs-küylü sui-qəsd olayı məhz bu ölkədə baş verib. Belə ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe iyulun 8-də Nara şəhərində güllələnərək öldürülüb. 

 

 

İyulun 15-də Şri-Lanka prezidenti Qotabaya Rajapaksan istefa verdikdən sonra Kolombodakı rəsmi iqamətgahının görüntüsü...

 

Martın 5-də Ukraynanın Kiyev şəhərinin kənarında, İrpin çayını keçərək qaçmağa çalışan ukraynalılar dağılmış körpünün altına toplaşıblar. 

 

 

Cənubi Koreya... Oktyabrın 29-da İtaevon bölgəsində "Halloween" izdihamı zamanı 150-dən çox insan həlak olub.

 

 

Martın 27-də Çinin cənubunda baş verən təyyarə qəzasında ölən sakinlər səssizcə yad edilir. 

 

 

İyunun 15-də dünyanın ən böyük tiryək və heroin istehsalçısı olan Əfqanıstanda körpünün altında narkotik istifadəçisinin cəsədi şalla örtülmüş vəziyyətdə tapılıb.

 

Tarixdə ilk olaraq futbol tanrıları kimi tanınan Lionel Messi və Kristiano Ronaldo eyni marka üçün bir araya gəlib. 

 

 

İyulun 31-də İspaniyanın Pontevedra əyalətində meşə yanğınından bir görüntü...

 

 

Martın 9-da Rusiya ordusunun Ukraynanın Mariupol şəhərində dağıtdığı doğum evi... Yaralı hamilə qadın təxliyə olunsa da, körpə ölü doğulub, yarım saatdan sonra ana da ölüb. 

 

 

 

Qətərdə keçirilən futbol üzrə dünya çempionatından maraqlı kadr...

 

Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsindən istefa verdikdən sonra xalqla sağollaşır.

 

 

96 yaşında vəfat edən Böyük Britaniya Kraliçası II Elizabet son mənzilə yola salınır.

 

 

Ukraynanın Odessa şəhərindəki qatar stansiyasında həyat yoldaşı və uşaqları ilə vidalaşan əsgər...

 

Sevgi əngəl tanımır. Ukraynalı cütlük bu foto ilə dünyaya sevgi mesajı verir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir