Azərbaycanın qeyri-hökumət təşkilatları, ictimai fəallar və könüllülərin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya 8 gündür ki, davam edir. Hava şəraitinin soyuq keçməsinə baxmayaraq, aksiya iştirakçılarının sayı getdikcə artır. Demək olar ki, ölkənin bütün bölgələrindən aksiyaya qoşulmaq üçün müraciətlər gəlməkdədir.
Bəs, paytaxt sakinlərinin Xankəndi yolunda keçirilən aksiyaya münasibəti necədir? Onlar da etirazlara qoşulmaq istəyirlərmi?
Modern.az mövzu ilə bağlı şəhərdə videosorğu keçirərək, vətəndaşların rəyini öyrənib.
Sorğuda iştirak edən sakinlərin aksiya ilə bağlı fikirlərini təqdim etdiyimiz videodan izləyə bilərsiniz:
Video: Əjdər İbrahimov