Modern.az

Orxan Əsgərovun dəfnindən FOTOLAR

Orxan Əsgərovun dəfnindən FOTOLAR

30 Yanvar 2023, 13:18

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

 

Vida mərasimində dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Şəhidin cənazəsi İkinci Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

 

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Modern.az şəhidin dəfn mərasimindən fotoları təqdim edirik:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir