Modern.az

İranda zəlzələ qurbanı olan azərbaycanlılar - Son durum FOTOLARDA

İranda zəlzələ qurbanı olan azərbaycanlılar - Son durum FOTOLARDA

6 Fevral 2023, 12:32

İranın Qərbi Azərbaycan vilayətindəki Xoy şəhərində bir həftə əvvəl - yanvarın 28-də 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsinə azərbaycanlıların yaşadığı bu bölgə güclü dağıntılara məruz qalıb.

175 min əhalisi olan Xoy şəhərində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb.

Qərbi Azərbaycan vilayətinin qubernatoru bildirib ki, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub.

Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb.

Evləri dağılan soydaşlarımız arasında 25 mindən çox çadır paylanıb.

Zəlzələ qurbanları olan azərbaycanlıların mətbuata söylədiklərinə görə, İran hökuməti onların problemlərinə ciddi diqqət yetirmir.

Modern.az xəbər verir ki, “İsna” agentliyinin fotoqrafı dünən - fevralın 5-də Xoy şəhərindəki vəziyyəti lentə alıb.

Təqdim edtdiyimiz bu fotoşəkillər zəlzələdən bir həftə sonra Xoy şəhərindəki zərər çəkmiş soydaşlarımızın vəziyyətini göstərir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı