Modern.az

Bu şəkli çəkən fotoqraf DANIŞDI: “Dəhşətli səhnə idi"

Bu şəkli çəkən fotoqraf DANIŞDI: “Dəhşətli səhnə idi

Reportaj

10 Fevral 2023, 12:56

Kahramanmaraşda baş verən zəlzələdən sonra dağıntılar altında ölən qızının əlindən tutmuş Məsut Hançer adlı atanın fotosunu çəkən fotomüxbir danışıb.

Modern.az xəbər verir ki, Frans Press Agentliyinin fotomüxbiri Adem Altan həmin anları ürək ağrısı ilə lentə aldığını söyləyib. O bildirib ki, Məsut Hançer ona "çək, çək, övladımın şəklini çək" deyib.


Fotonun müəllifi Adem Altan həmin anları belə təsvir edib:
 

"Dağıntı bölgəsini gəzərkən bir nəfərin uçmuş binanın beton plitələri yanında oturduğunu gördüm. Ətrafdakı digər insanlar doğmalarını xilas etməyə çalışırdılar. Şəkillər çəkərək irəli gedirdim. O adam isə tərpənmirdi, eləcə oturub qalmışdı. Bir az fikir verəndə onun kiminsə əlindən tutduğunu gördüm. Məni görüncə, yaxına çağırdı - “Çək, çək, övladımın şəklini çək” dedi. Ona yaxınlaşanda betonlar altında qalmış qızını göstərib “övladım burada yatır” söylədi. Qızının adını soruşdum, "İrmak" dedi. Daha danışa bilmədi, çünki böyük ağrı-acı içində qovrulurdu.

Mən şəkilləri çəkib oradan ayrılanda həmin ata həyatını itirən qızının əlini hələ buraxmamışdı. Çox pis oldum, gözlərim doldu, amma işimizi görməliydik. Həqiqətən də dəhşətli bir səhnə idi. Kaş, bu şəkli heç çəkməz olaydım”.

Kahramanmaraşda 9 saatlıq fasilə ilə baş verən 2 zəlzələnin yaratdığı böyük dağıntılar altında həyatını itirən qızının əlindən tutan Məsut Hançerin fotosu Türkiyədə gündəm olub.







A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!