Modern.az

Dəhşətli zəlzələnin şahidləri Modern.az-a danışır: “Sanki qiyamət idi” -  VİDEO

Dəhşətli zəlzələnin şahidləri Modern.az-a danışır: “Sanki qiyamət idi” -  VİDEO

Reportaj

10 Fevral 2023, 17:20

Azərbaycanlıların Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam etdirilir. Bu gün daha 20 nəfər ölkəmizə gətirilib. 

 

Minlərlə insanın ölümünə səbəb olan zəlzələnin təsirindən çıxa bilməyən soydaşlarımız təəssüratlarını Modern.az-la bölüşüblər.

 

Ülvi Hacıyev bildirib ki, Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində həyat alt-üst olub:

 

“Zəlzələ zamanı evdə idik. İlk təkanda evi tərk elədik. Yenidən zəlzələ olacağını gözləmirdik, amma ikinci təkanda hər şey çökdü, yalnız uşaqları və özümüzü qurtara bildik. Ayaqyalın, başıaçıq evdən çıxdıq”.

 

Kahramanmaraşdakı faciədən xilas olan Məhəmməd Məmmədov isə zəlzələ anını belə xatırlayıb:

 

"Zəlzələ anında evdə təkanların bitməsini gözlədim, amma zəlzələ davam etdi. Biz evdən çıxdıq. Qonşularmızdan yataq geyimində olanlar var idi, mən gödəkçəmi ona verdim, saatlarla soyuqda küçələrdə qaldıq. Donmamaq üçün taxtalar yandırıb qızınmağa çalışırdıq".

 

Ətraflı videoda:

 

Operator: Əjdər İbrahimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır