Modern.az

Zəlzələdə həlak olan tələbələrin son mənzili - FOTOLAR

Zəlzələdə həlak olan tələbələrin son mənzili - FOTOLAR

Reportaj

16 Fevral 2023, 17:12

Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 16-da dəfn ediliblər.

 

Modern.az xəbər verir ki, tələbələrin cənazələri Bakıya ötən gün təyyarə ilə gətirilmişdi.

 

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalaraq həlak olan Şahin Vəliyev Gəncədə, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Sumqayıtda, Samir Quliyev Gədəbəydə torpağa tapşırılıb.

 

Dəfn mərasimlərində mərhumların ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, icra hakimiyyətlərinin rəhbər şəxsləri iştirak ediblər.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb.

 

Türkiyədə zəlzələ baş verdiyi vaxtdan İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında məlumat yox idi. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi