Modern.az

Milli Qəhrəman xanımının Xocalıda yaşadığı dəhşət: “İsti qan başımıza tökülürdü” - VİDEO

Milli Qəhrəman xanımının Xocalıda yaşadığı dəhşət: “İsti qan başımıza tökülürdü” - VİDEO

26 Fevral 2023, 09:21

Xocalı faciəsi... O dəhşətli gündən 31 il keçir.

 

İllər ötsə də sağalmayan Xocalı yarası Azərbaycan xalqının qan yaddaşına çevrilib. Fevralın 25-dən 26-na keçən gecə törədilən ağlasığmaz erməni vəhşiliyinin ağrı-acısını hələ də yaşayırıq. Köməksiz insanların, günahsız körpələrin başına gətirilən qətliam sanki dünən olmuş kimi ürəkləri dağlayır...

 

"İsti qan üstümüzə tökülürdü, dişlərini çəngəllə çıxarırdılar"

 

Müsahibimiz Şəkibə Mustafayevanı dinlədikcə kövrəlməmək mümkün deyildi. O danışdıqca tüklərimiz biz-biz olurdu. Fəryad səslərinin ərşə çəkildiyi, anaların ah-naləsi, körpələrin iniltisi ilə alışıb-yanan şəhər canlanırdı gözümüzün önündə. 

 

Şəhid Milli Qəhrəman Ələsgər Novruzovun xanımı Şəkibə Mustafayeva o dəhşətli anları yaşamış Xocalı sakinlərindən biridir. Qətliam günü doğmalarını itirən Şəkibə xanım bildirir ki, ermənilərin qorxunc əməlləri onların həyatına qara pərdə çəkib.

 

Ələsgər Əliyevin şücaətindən danışan müsahibimiz onun kiçik qüvvə ilə Xocalı şəhərini necə müdafiə etməsindən, erməni əsirliyində başına gətirilən müsibətlərdən söz açıb. 

 

 

İşğalçıların hücumundan qorunmaq üçün meşəyə üz tutanlar arasında Şəkibə xanım da olub. Onun sözlərinə görə, 150 nəfərdən ibarət qrupdan yalnız 15 nəfəri Ağdama sağ çata bilib. Digərlərini ermənilər amansızlıqla qətlə yetirib. 

 

Milli Qəhrəman xanımı Xocalıda gördüyü tükürpədici səhnələrdən sonra illərlə psixoloji sarsıntı keçirib. 

 

Şəkibə Mustafayeva deyir ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsi xocalılıların yarasına məlhəm olub: "Artıq soyqırımı qurbanlarının ruhu şaddır. Onların qisası Azərbaycanın qəhrəman oğulları tərəfindən alınıb, uğrunda qanlar tökülən Qarabağda şanlı bayrağımız dalğalanır".

 

Şəhid Milli Qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə Mustafayevanın Modern.az-a müsahibəsini təqdim etdiyimiz videodan izləyə bilərsiniz...

 

 

Video: Əjdər İbrahimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır